“İndiki vəziyyətdə daha uğurlu olardı ki, dövlət bu məsələni öz üzərinə götürsün”
“Baku Bus” zərərlə işləyir
09:46 25.10.2017
Arxiv
641
Bu vəziyyət gediş haqlarının artmasına səbəb ola bilər
“İndiki vəziyyətdə daha uğurlu olardı ki, dövlət bu məsələni öz üzərinə götürsün”
“İndiki vəziyyətdə daha uğurlu olardı ki, dövlət bu məsələni öz üzərinə götürsün”
"Baku Bus” şirkətinin ötən il üzrə audit hesabatları qeyd olunub. Məlumata görə, 2016-cı ildə "BakuBus” MMC-nin aktivlərinin həcmi 226,143 mln. manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 7,73 faiz azdır.
MMC-nin öhdəlikləri 9,8 faiz azalaraq 177,967 mln. manat təşkil edib. Hesabat dövründə dövlət müəssisəsinin nizamnamə kapitalı 39,84 faiz azalaraq 18,049 mln. manata endiyi halda, dövlət investisiyalarının məbləği 58,41 faiz artaraq 181,697 mln. manata çatıb. 31 dekabr 2016-cı il tarixinə MMC-nin yığılmış zərəri 151 mln. 569,938 min manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 54,638 mln. manat və ya 56,37 faiz çoxdur. Beləliklə, dövlət şirkətinin cəmi kapitalı 48,177 mln. manat olub.
2016-cı ildə MMC-nin xalis zərəri 54 mln. 637,619 min manat təşkil edib. 2015-ci ildə bu rəqəm 92 mln. 260,805 min manat idi.
Bəs, "Baku Bus” şirkətinin zərər etməsi gediş haqlarının artmasına zəmin yarada bilərmi? Ümumiyyətlə, bu zərərin baş verməsinin səbəbi nə ola bilər?
Şirkətin təqdim etdiyi hesabatın şəffaf auditi haqqında ictimaiyyətə və ya dövlət orqanlarına məlumat verilməli olduğunu deyən iqtisadçı-ekspert Fuad İsmayılov "Şərq”ə bildirib ki, zərərlərin baş verməsi müxtəlif səbəblərdən ola bilər.
Ekspertin sözlərinə görə, 55 milyon manat ziyanın olması əgər sərnişindaşıma zamanı baş veribsə, bunu Tarif Şurasının qarşısına əsaslandırılmış formada qoymaq lazımdır. Məsələn, əsaslı şəkildə bildirmək lazımdır ki, bu gün yanacağın qiymətinə uyğun sərnişindaşınma fəaliyyəti xeyirsiz bir biznesə çevrilib:
"Yox əgər bunu sübut edə bilməyəcəklərsə, qiymət artımı əsasını qoya bilməzlər. Digər tərəfdən, 55 milyon manat ziyan sərnişindaşınma zamanı baş veribsə, belə qiymətlərin artımı ancaq sosial narazılığa gətirə bilər. Bu nöqteyi-nəzərdən indiki vəziyyətdə daha uğurlu olardı ki, dövlət bu məsələni öz üzərinə götürsün”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya