"...Banklar fəaliyyətini tamamilə dayandıra bilər"- İDDİA
13:44 15.12.2016
Arxiv
977
Növbəti dəfə kəskin devalvasiya olsa, banklar fəaliyyətini tamamilə dayandıracaq.
Bunu Sherg.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması dolların dünya valyutaları qarşısında möhkəmlənməsinə səbəb olacaq:
"Azərbaycan da dünyada gedən bu proseslərdən kənarda qalmayacağına görə manatın ucuzlaşmasının davam edəcəyini proqnozlaşdırmaq olar. Ölkəmizdə qiymətli kağızlar bazarı yoxdur, valyuta birjası isə normal fəaliyyət göstərmir. FED-in bu qərarlarının ticarət sahəsində müttəfiqlərimizin azalmasına, psixoloji fonda mənfi təsirlərə gətirib çıxaracağı istisna deyil. Manatın dəyərdən düşmə sürəti də artacaq. Düşünmürəm ki, Mərkəzi Bank kəskin devalvasiyaya gedib, sərt addımlar atacaq. Onsuzda bank sahəsinin vəziyyəti acınacaqlıdır. Ona görə də, birdəfəlik devalvasiya əvəzinə, manatın dəyərdən düşməsi sürətlənəcək.
N.Cəfərli əlavə edib ki, dolların bahalaşması neftin qiymətinin ucuzlaşmasına təsir edəcək:
"Bildiyimiz kimi, OPEK ölkələri və Rusiya təzyiqlərlə neftin qiymətinin nisbətən artırılmasına nail olublar. Lakin bu qərardan sonra neftin qiymətinin artması da zəifləyəcək”.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclasının yekununda uçot dərəcəsi 0,25-0,50% artırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya