Baş həkim danışdı: 3-cü mərtəbədən yıxılan 5 yaşlı uşağın vəziyyəti ağırdır





İyunun 13-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki evlərinin eyvanından yıxılan 5 yaşlı Zəhra Qələmovanın səhətində heç bir dəyişiklik yoxdur. Respublika Neyrocərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov "Şərq”ə açıqlamasında deyib ki, Zəhra yıxılan zaman qapalı kəllə beyin tramvası alıb və ona baş beyinin ağır dərəcəli əzilməsi diaqnozu qoyulub. Hazırda isə vəziyyəti ağır olaraq qalır. Hələ ki, reanimasiyadadır. Bura gələn saatlara nisbətən dəyişiklik olsa da, bunu ciddi bir irəliləyiş kimi dəyərləndirmək olmaz”.
Qeyd edək ki, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin V massivindəki binalardan birində qeydə alınıb. 2011-ci il təvəllüdlü Zəhra Qələmova binanın 3-cü mərtəbəsindəki yaşadığı evin pəncərəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb. Ağır vəziyyətdə olan uşaq dərhal qonşulardan birinin köməkliyi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb. Şahidlərin sözlərinə görə, hadisə baş verən vaxt uşaq evdə 6 yaşlı bacısı ilə birgə, evin qapısı da çöl tərəfdən bağlı olub. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapını açaraq xəsarət alan azyaşlının bacısını xilas ediblər. Valideynlərin uşaqları evdə qoyub qapını bağlayaraq işə getdikləri bildirilir.
Faktla bağlı Suraxanı rayon polis idarəsində araşdırma aparılır.
Şəymən