Baş Prokurorluqdan Zamiq Hüseynlinin həbsi iddiaları ilə bağlı AÇIQLAMA
14:51 06.08.2021
Arxiv
561
Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Hüseynli Zamiq Əsədxan oğlu barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə məhkəmə baxışında bəraət almasına baxmayaraq, prokurorluğun protesti əsasında qanunsuz həbs təhlükəsi ilə üzləşməsi barədə əsassız məlumatlar yayılıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, 2015-ci ildə dələduzluq cinayətinə görə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə məhkum edilmiş Zamiq Hüseynlinin prokurorluğun formasında şəkili həkk edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin əməkdaşı olmasına dair saxta xidməti vəsiqəsi Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Daxil olmuş material üzrə araşdırma aparılmaqla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Zamiq Hüseynli həmin Məcəllənin 32.4, 297.1 (bilə-bilə yalan ifadə verməyə təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri və blankları qanunsuz hazırlama) maddələri ilə nəzərdə tutulmuş əməlləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və 7 may 2021-ci ildə cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.
Həmin məhkəmənin 11 iyun 2021-ci il tarixli hökmünə əsasən Z.Hüseynliyə bəraət verilib.
Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş və hazırda cinayət işi Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
Baş Prokurorluq bir daha qeyd edir ki, məhkəmə baxışında olan cinayət işi üzrə bu xarakterli əsassız məlumatların yayılması yolverilməzdir və cinayət təqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə