Baş redaktordan Orduxana tutarlı cavab: " O, niskin canlıdan başqa bir şey deyil"
14:55 23.02.2018
Arxiv
1709
"Bəsit düşüncəli, öz xalqına qarşı düşmən mövqeyi ortaya qoyan, çıxışları ritorika və tərbiyəsizlikdən başqa bir şey olmayan Orduxan Teymurxan adlı şəxsin çıxışları hər kəsə toxunur”.
Bunu "Sherg.az”a Hollandiyadan sığınacaq alan Orduxan Teymurxan adlı azərbaycanlının ermənipərəst çıxışlarına münasibət bildirərkən "Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.
O diqqətə çatdırıb ki, Azərbaycana qarşı Ermənistanın mövqeyini müdafiə edən şəxs artıq azərbaycanlı deyil:
"Həmin şəxs informasiya cəbhəsində yer alıb Azərbaycana qarşı qarayaxma kampaniyası aparması ilə bir erməninin səngərdə dayanıb, Azərbaycan əsgərlərini atəşə tutması arasında heç bir fərqi yoxdur. Orduxanın çıxışları hüquqi müstəvidə həqiqəti əks etdirmir, yalandan, Azərbaycana qarşı çamur atmaqdan başqa bir şey deyil. O, erməni diasporunun maraqlarına xidmət edir. Ola bilər, Orduxanı nəzarətə götürən hansısa xüsusi xidmət orqanları ondan istifadə etsin. Çox güman ki, Ermənistan xüsusi xidmət orqanları da Azərbaycana qarşı qarayaxmalar atmaq üçün bu şəxsin çıxışlarına dəstək verir.
Azərbaycanda məhkəmə keçirilib, Orduxanın yalan çıxışlarına, Azərbaycan haqqında əsassız iddialarına qarşı müvafiq qərarlar qəbul etmək olar. Artıq sonradan həmin şəxsin beynəlxalq axtarışa verilməsi də mümkündür.
Digər tərəfdən mən o ləyaqətsiz şəxsin bu qədər böyüdülməsinin tərəfdarı deyiləm. O, niskin canlıdan başqa bir şey deyil. Onun haqqında hazırda danışanda belə mənəvi əzab çəkirəm”.
Qeyd edək ki, Hollandiyada sığınacaq alan Orduxan Teymurxan daha bir ermənipərəst çıxış edib. O, çıxışı zamanı ermənilərin vəhşilik etmədiyini bildirib. Orduxan Teymurxan işğal altında olan Azərbaycan torpaqlarında ermənilərin bilərəkdən qəbirləri, məscidləri dağıtmadığını deyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət