Baş yarmaq, qan çıxarmaq dinimizə yaddır
08:13 11.09.2018
Arxiv
1168
Aşurada bu cür əməllər buyrulmayıb
Sentyabrın 11-dən, yəni bugündən etibarən Məhərrəm ayı başlayır. Ayın 20-si isə Aşura gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitə birgə mətbuat konfransı keçirərək müsəlmanlara Aşura günü ilə bağlı zəruri tövsiyələr verdilər.
Qurum rəhbərləri bəzi şəxslərin Aşura günü qərəzli şəkildə İslam dininə zidd olan bir sıra rituallara, arzuolunmaz əməllərə yol verməsini sərt tənqid etdilər. Vurğuladılar ki, paytaxtda və ölkənin müxtəlif bölgələrində gizli şəkildə sinə döymək, baş yarmaq, açıq formada kütləvi aksiyalar təşkil etmək həm Allahın əmrlərinə, həm də dövlətçiliyə qarşı gəlməkdir.
Çünki bu kimi iğtişaşlar və təxribatlar yaradanların məqsədi islama qulluq etmək, Peyğəmbərimizin nəvəsi İmam Hüseynə yas saxlamaq deyil, ölkədə qarışıqlıq yaratmaqdır. Aidiyyəti qurumların təmsilçiləri bu cür hallara yol verilməməsi üçün əvvəlcədən müsəlmanlara xəbərdarlıq edərək, zəruri tövsiyələrini veriblər. İctimaiyyət nümayəndələri və ilahiyyatçılar da məsləhət görürlər ki, Aşura günü qan çıxarmaq istəyənlər qanvermə aksiyasında iştirak etsinlər. Ümumiyyətlə, daha yaxşı olar ki, qocalar və uşaqlar evləri ziyarət edilsin, daha fərqli savab işlər görülsün. Ələlxüsus da, azyaşlı uşaqları bu cür mərasimlərə cəlb etməsinlər.
Məsələ ilə bağlı "Şərq"ə danışan ilahiyyatçı Əkrəm Həsənov da bildirib ki, bəzi ölkələrdə və regionumuzda təbliğ olunan Aşura mərasimi və məclislərinin dinə, şəriətə heç bir dəxli yoxdur. Ekspertin sözlərinə görə, Aşura adı altında keçirilən bu kimi rituallar fars rejiminin əsrlərdir yeritdiyi siyasətin təzahürüdür:
"Heç bir səhih dini mətnində Aşurada baş yarmaq, sinə döymək, qan çıxarmaq, uşaqların başını yarmaq kimi göstərişlər və şəriətə zidd əməllər göstərilmir, təbliğ olunmur. Əksinə, dinimiz belə şeyləri qadağan edir. Xüsusən, Quran ayəsində haram aylarda özünə zülm etmək, müharibə etmək qadağandır. Haram ayların içində Məhərrəm də var. Məhərrəm ayında günahlardan çəkinmək, savab işlər görmək, insanlara yaxşılıq etmək, oruc tutmaq, subayları evləndirmək və s. işlər görmək daha məqsədəuyğundur.
Hamı bilir ki, Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseyn bu ayda şəhid edilib. Ancaq bəzi məzhəblər bu hadisəni siyasiləşdiriblər. Hadisədən siyasi hakimiyyətlərini əldə saxlamaq üçün istifadə ediblər. Bizim ölkəmizdə də bu cür yanlış nəzəriyyəni təbliğ edən şəxslər var. İmam Hüseynə sevgini özünü döyməklə, mərsiyə oxumaqla göstərmək kökündən yanlışdır. İmam Hüseyn Allah yolunda şəhid olub.
Şəhidlər cənnətə gedirlər. Cənnətə gedən İmam Hüseyn üçün əsrlərdir ağlamaq nə məna daşıyır?! Bunun sadəcə bir adı var - cəhalət. Bu cür yanaşma insanı uçuruma aparır".
İlahiyyatçı bəyan edib ki, Aşura günündə sadəcə İmam Hüseynin qətli nəzərdə tutulmamalıdır. Ondan əvvəl Aşura günündə Adəm peyğəmbərin günahları bağışlanılıb, Musa peyğəmbər Fironun zülmündən xilas olub: "Yəni islam tarixində Aşura günü böyük sevindirici hadisələr baş verib. Bu baxımdan kütləvi informasiya vasitələri elmi, nəzəri, praktiki şəkildə islamın əsl mahiyyətini cəmiyyətə göstərməyə çalışmalıdırlar.
Kifayət qədər savadlı ilahiyyatçılar efirlərə dəvət olunub həqiqətləri deməlidirlər. Xurafatdan çıxmaq lazımdır. Məsələn, deyirlər Məhərrəm ayında toy eləmək olmaz. İslamda Məhərrəm ayında toy eləməklə bağlı heç bir qadağan yoxdur. Bəzi məzhəblər bunu özlərindən uydurublar. İnsanları aydınlığa qovuşdurmağın zamanı çoxdan çatıb. Ölkəmizdə islam dinini doğru-düzgün təbliğə başlamaq lazımdır".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət