Başçısnı itirən ailənin tək oğlu əsgərliyə getməyəcək ? !- Deputat

Zahid Oruc: "Belə mövqe seçildi ki, həmin şəxslər ön cəbhədə xidmət həyata keçirməsinlər"
"İnsanların şəhid valideyni varsa, ailə tərkibi bir oğuldan ibarətdirsə, bu geni, irsi yaşatmaq üçün hərbi xidmət haqqında qaydalarda istisnalar müəyyənləşdirilir”.
Bunu "Sherg.az”a evin tək oğlu olan şəxslərin hərbi xidmət keçib-keçməməsi məsələsinə aydınlıq gətirərkən millət vəkili Zahid Oruc deyib. 
O xatırladıb ki, ölkədə 90-cı illərdə gedən hərbi savaşlar son dərəcə unikal vəziyyət yaradıb:
"Əgər hərbi xidmətə çağırış zamanı bu kimi istisnalar nəzərə alınmasa, çətin vəziyyət yaranır. Dövlətin ən ali məqsədi xalqın təhlükəsizliyini təmin etməkdir. Dövləti təşkil edən əsas qüvvə isə ailədir. Gen öz gələcək mövcudluğunu itirirsə, heç bir halda dövlətin elan etdiyi məramla, ideallarla uzlaşa bilməz. Belə mövqe seçildi ki, həmin şəxslər ön cəbhədə xidmət həyata keçirməsinlər. Çünki hər gün atəşkəsin pozulması şəraiti həmin tək övladları valideynin əlindən ala bilər. Nəticədə, həmin şəxsin faciəsi bir soyada, bir evə məxsus olmur, bu, millət üçün itki sayılmalıdır. Ona görə, qanunvericilikdə bu kimi məqamlara həssaslıqla yanaşırlar. Millət vəkilləri dəfələrlə ön cəbhələrdə səfərlərdə olur, bu məsələ ətrafında yeni təkliflərlə qarşılaşırlar.
Elə qərar verilməlidir ki, dinc zamanlarda həmin şəxslərin xidməti ön cəbhədən kənarda aparılsın. Müdafiə Nazirliyi buna diqqət edir. Qanunla məsələni tənzimləməklə bərabər qanunun icrası üçün verilmiş təlimatlar da önəmli olmalıdır. Hərbi xidmətə çağırış və bunun təşkilini həyata keçirən qurum da verilmiş qaydaları əldə rəhbər tutur, qanuna əsasən addım atır”.
Aysel Aslan