Bayıldakı sürüşmə zonasında yaşayanlara kirayə haqları veriləcək - Sabahdan
11:36 19.02.2018
Arxiv
687
"Bayıl yamacındakı sürüşmə zonasında ilkin olaraq sənədlərini təqdim edən 67 ailəyə kirayə haqqı sabahdan ödəniləcək. Bu məbləğ ailə tərkibindən asılı olacaq”.
APA-nın xəbərinə görə, bunu Bayıl yamacında yaşayan sakinlərlə görüş zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. RİH başçısı bildirib ki, kirayə haqqının məbləği minimum 260 manat təşkil edir: "Kirayə haqları, dağılmış 4 evin sahibinə veriləcək kompensasiyalar Nazirlər Kabinetinin normativ qərarı əsasında müəyyənləşdirilir. Kirayə haqları almaq üçün banklarda hesab açılacaq, vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməklə həmin vəsaiti əldə edə biləcəklər. Hesab edirəm ki, kompensasiyanın məbləği normativlərə uyğundur”.
E. Əzizov qeyd edib ki, Bayıl yamacında təhlükəli zonada 98 ev yerləşir: "Onların 90 faizi 2000-ci illərə qədər tikilib. Həmin 98 evdən yalnız birinin sənədi var. Bütün məsələlər nəzarətdədir. Hər şey mütəxəssislərin rəyindən asılı olacaq. Elə ərazilər var ki, ordan sakinlər köçürülməlidir. Elə ərazilər də var ki, narahatlığa əsas yoxdur. Ərazi ilə bağlı qərar mütəxəssislərin rəyindən sonra veriləcək".
E. Əzizov sakinlərin hansı müddətdə kirayədə yaşayacaqlarının da mütəxəssis rəyindən sonra bilinəcəyini açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
16:34 22.07.2026
Dünya