Bayram Səfərov düşməni susdurmağın yolunu göstərdi: "...Təkrarən...!




"Danışıqlar müddətində atəşkəsin pozulması erməni rəhbərliyinin tərbiyəsizliyidir”.

Bunu "Sherg.az”a cəbhədə vəziyyətin gərginləşməsinin səbəblərini izah edərkən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. O bildirib ki, bu təxribatların başqa səbəbi ola bilməz:

"Ermənilərin qarşısını almağın bir yolu var: Aprel döyüşlərində olduğu kimi təkrarən düşmənin cavabını verməkdir. Yalnız bu şəkildə erməniləri yerinə oturtmaq olar.

Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Lakin düşmənin cəbhə xəttində təxribat törətməsi bununla əlaqədar deyil. Həmişəki kimi Ermənistan dinc oturmur, təxribatları davam etdirir". 


Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.

Aysel Aslan