"Bu komanda ilə əminəm ki, Azərbaycan mədəniyyətinin bir qədər də inkişafı üçün ciddi işlər görmək olar. Əminəm ki, Bədii Şura çox məhsuldar işləyəcək"
"Bədii Şura qarşıya qoyduğu ciddi məqsədə çatacaq"
08:47 20.02.2019
Arxiv
714
Baba Vəziroğlu: "Onlar reallaşdıqdan sonra mənə elə gəlir ki, digər kanallarda da Bədii Şuranın fəaliyyətinə ehtiyac hiss olunacaq"
"Bu komanda ilə əminəm ki, Azərbaycan mədəniyyətinin bir qədər də inkişafı üçün ciddi işlər görmək olar. Əminəm ki, Bədii Şura çox məhsuldar işləyəcək"
"Bu komanda ilə əminəm ki, Azərbaycan mədəniyyətinin bir qədər də inkişafı üçün ciddi işlər görmək olar. Əminəm ki, Bədii Şura çox məhsuldar işləyəcək"
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.
AzTV-nin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.
Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, "Mədəniyyət” və "İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək (modern.az). Yeni TV və Radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.
Bədii Şurada müğənni, Xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, Xalq artisti Siyavuş Kərimi, bəstəkar, Xalq artisti Faiq Sücəddinov, xanəndə, Xalq artisti Mənsum İbrahimov, şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, Xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, Xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, Xalq artisti Təranə Muradova, tarzən, Xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.
Bədii Şuranın üzvlərindən Əməkdar incəsənət xadimi Baba Vəziroğlu «Şərq»ə açıqlamasında Bədii Şuranın fəaliyyəti barədə məlumat verdi:
«Bu proses, bu fikir mətbuatda, sosial şəbəkələrdə uzun müddət idi müzakirə olunurdu. Kabus kimi dolaşırdı ki, televiziyalar bərbad vəziyyət almağa başlayır. Təbii ki, Azərbaycan Dövlət Televiziyası hər zaman səliqəli yayımı ilə fərqlənə bilib. Amma dövlətin ana kanalında, ən böyük, ən önəmli kanalında belə bir qurumun yaradılması təqdirəlayiqdir. Bu bir örnək rolunu oynaya bilər. İnşallah, Bədii Şuranın qarşısına qoyduğu ciddi məqsədlər var. Onlar reallaşdıqdan sonra mənə elə gəlir ki, digər kanallarda da Bədii Şuranın fəaliyyətinə ehtiyac hiss olunacaq.
Azərbaycan Televiziyası hər zaman teleməkanın flaqmanı, bayraqdarı olub. Dövlət Televiziyasının nümunəsi, fikrimcə, hamı üçün bir stimul ola bilər. Digər kanallar da öz verilişlərinin keyfiyyətini yüksəltmək üçün Dövlət Televiziyasından nümunə kimi örnək götürə bilərlər. Əbəs yerə Azərbaycan Televiziyasını ana televiziya olaraq adlandırmırıq. Ümid edirik ki, Azərbaycan Televiziyasında yaradılan Bədii Şura Azərbaycan teleməkanında cəmiyyətin narahatlığına səbəb ola biləcək nöqsanların aradan qaldırılmasında lokomotiv rolunu oynayacaq.
Bir məqamı da vurğulayım ki, Bədii Şuraya dəvət olunan insanlar Azərbaycanın tanınmış simaları, incəsənət, mədəniyyət xadimləri olmaqla yanaşı, eyni zamanda işgüzar insanlardı. Azərbaycanın tanınmış elm xadimləri, incəsənət nümayəndələri var.
Amma onların hamısı aktiv, fəal vətəndaş ola bilmir. Bəzi tanınmışlarımız var ki, onlar ancaq yaradıcılıqla məşğuldurlar. Sanki ətrafında baş verənlərin onlara aidiyyəti yoxdu, biganədirlər. Amma məhz Azərbaycan Televiziyasında Bədii Şurada fəaliyyət göstərəcək insanların hər biri öz sahəsində tanınmış olmaqla yanaşı cəmiyyətin fəal vətəndaşlarıdırlar.
Onlar cəmiyyətdə baş verən əyrilikləri, nöqsanları, xəbislikləri görəndə susmayan, onlara reaksiya verən insanlardı. Ona görə də bu komanda ilə əminəm ki, Azərbaycan mədəniyyətinin bir qədər də inkişafı üçün ciddi işlər görmək olar. Əminəm ki, Bədii Şura çox məhsuldar işləyəcək. Qısa müddətdə nəticə özünü göstərəcək. Bu nəticə təkcə Azərbaycan Dövlət Televiziyasına deyil, bütünlükdə Azərbaycan teleməkanına müsbət təsirini göstərmiş olacaq».
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya