
"Belə insanlar var, amma azdır" - "Qızıl adam"
14:25 05.12.2017
Arxiv
1015
"İnsanların bu cür yaxşı addımları KİV-lərdə daha çox işıqlandırılmalı, müsbət nümunə kimi göstərilməlidir".
Bunu "Sherg.az"a Mingəçevir şəhər sakininin küçədən tapdığı qızılın sahibini axtarmaq məqsədilə elan yerləşdirməsindən danışarkən, sosioloq, professor Əhməd Qəşəmoğlu söyləyib.
O bildirib ki, cəmiyyətin mənəvi aşınma yaşadığı dönəmdə maddi dəyərlərin arxa plana keçirilməsi üçün belə addımlar təbliğ edilməlidir:

"Bu keyfiyyətlər ailədən aşılanır. İnsanların tərbiyə aldığı mühit, ailənin formalaşdırdığı dəyərlər müsbət keyfiyyətlərə çevrilə bilir. Mən də elə ailədə böyümüşəm. Kasıb, kəndli ailəsində yaşayan uşaq idim. Bir dəfə anamla Naxçıvanda mağazada olarkən iri pul kisəsi qarşımıza çıxmışdı. Açanda baxdıq ki, içində çoxlu pul var.
Bizim imkanımızdan qat-qat yüksək olsa da, anam dərhal başını qaldırıb, "kimsə pul itirməyib?" -deyə soruşdu. Maraqlısı odur ki, pul kisəsinin sahibi olmayanlar da "mənimdi" - deyib, irəli atıldı. Biz dəqiqləşdirib, pulları sahibinə geri qaytardıq.
Uşaq idim və mən anamdan niyə o qədər pulu geri qaytardığını soruşdum. O izah etdi ki, belə puldan insana xeyir gəlmir. Biz onu xərcləsək belə, ömür boyu əziyyətini çəkəcəkdik.
Təəssüf ki, indiki vaxtda belə tərbiyə sistemi yoxdur. Bunun təmin edilməsi üçün həm valideynlərin, həm də məktəblərin üzərinə böyük iş düşür. Dini təşkilatlar da müəyyən addımlar atmalıdır. Ölkədə belə insanlar nə qədər çox olarsa, ölkədə firavanlıq yüksək olar”.
Sosioloq deyib ki, insanlara nəyi necə etmək haqqında göstərişlər verərkən cəmiyyətin qanunauyğunluqları nəzərə alınmalıdır:
"Cəmiyyətdə hansısa davranışın formalaşması üçün ciddi kompleks işlər görülməli, fəaliyyət proqramı hazırlanmalıdır. Buna uyğun müxtəlif sahələrin üzərinə hansı işlərin düşməsi sistemli şəkildə öyrəniləcəkdir.
Əvvəllər islami dəyərlər daha fərqli şəkildə təbliğ edilirdi. İndi isə insanlar fırıldaqçı din xadimlərini gördükcə, inam azalır. Ölkədə mənəvi dəyərlərin inkişafına müsbət təsir edən bu cür əməlləri daha da qabartmalıyıq”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm