Belə şikayət olar?

“Arvadım oğuluma lak sürtür”


Murad İ., Rusiya vətəndaşlığı olan Marqarita A. ilə 2011-ci ildə evlənib.

Evliliklərindən bir oğlan dünyaya gətirən cütlük 2015-ci ildə boşanmaq istədi. Cütlüyün boşanmasına hələ qərar verməyən məhkəmə, oğulları E.İ.ın vəlayətini müvəqqəti olaraq ataya verdi. Məhkəmə eyni zamanda fərdi ünsiyyət qurması üçün həftə sonlarında ana yanında qalmasına da qərar verib.

Murad İ., 3 yaşyarımlıq oğulu ilə yaşamağa başladı və bir də dayə tutdu. İddiaya görə dayə, anasının yanından gələn kiçik uşağın əl və ayaq dırnaqlarında lak olduğunu gördü. O, vəziyyəti uşağın atası Murad İ.a izah edib. Prokurorluğa vəziyyəti bildirən ata Murad İ., anasının yanından

döndükdən dərhal sonra oğulunun dırnaqlarından lak olduğunu, çəhrayı rəngdə alt paltar və corab geydirildiyini, dodaqlarında da boya olduğunu bildirdi. Prokurorluqdan Marqarita A.ın cəzalandırılmasını istəyən ata Murad İ., oğulunun vəlayətinin tamamilə onda qalması üçün də məhkəməyə müraciət etdi. Məhkəmə, 3 yaşyarımlıq uşağın həftə sonları hansı davranışlara məruz qaldığını təyin etmək üçün pedaqoqa müraciət edib. Prokurorluq hadisə ilə əlaqədar istintaqa başlayıb.