Berlin-Bakı münasibətləri güclənir - Merkelin Azərbaycana səfərinin əsas qayəsi enerji məsələləri idi
09:20 30.08.2018
Arxiv
719
"Almaniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa məsələlərdə yardımçı olar, müəyyən dərəcədə iştirakı arta bilər”.
Bunu "Sherg.az”a Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərə münasibət bildirərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. Onun sözlərinə görə, rəsmi Berlin danışıqların indiki mərhələsində ciddi rola malik deyil:
"Sadəcə olaraq, Almaniya hansısa proseslərə dəstək verə bilər. Lakin sülh danışıqlarının aktivləşməsi, Ermənistanın mövqeyinin dəyişməsində bu dövlətin böyük imkanlarına inanmıram”.
Almaniyanın ATƏT-in Minsk qrupunun tərkibində fəaliyyətinə gəlincə, T. Zülfüqarov bildirib ki, bəzi mərhələlərdə bu dövlət fəallıq nümayiş etdirirdi:
"Lakin sülh prosesi böhran içərisindədir. Bu o qədər dərindir ki, Almaniyanın prosesi böhrandan çıxarmaq imkanları yetərincə deyil. Danışıqlar hər hansı fayda verərsə, razılıq əldə edilib, qərarların icra mərhələsi başlayarsa, Almaniya müəyyən dəstək göstərə bilər.
Almaniya kansleri Angela Merkelin Azərbaycana son səfərinin əsas məqsədi enerji məsələləri ilə əlaqədar idi. Sözügedən müzakirələr rəsmi Berlin və Azərbaycan, qismən də Gürcüstan arasında davam etdiriləcək”.
Qeyd edək ki, Almaniyanın nüfuzlu kütləvi informasiya vasitələri Federal Kansler Angela Merkelin Azərbaycana səfərini geniş işıqlandırıb. "ARD” telekanalının rəsmi internet səhifəsi Azərbaycanın enerji sahəsində Almaniya üçün mühüm tərəfdaş ölkə olduğunu yazıb.
Məqalədə Angela Merkelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunularaq bildirilir ki, liderlərin əsas müzakirə mövzuları enerji məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olub. Vurğulanır ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırdır. Yazıda Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün əhəmiyyətinə toxunulub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi