Beştepedən liderlərin görüşünün ilk görüntüləri yayıldı




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP lideri və Baş nazir Binalı İldırım, CHP lideri Kılıçdaroğlu və MHP lideri Bağçalıyla görüşünün ilk görüntüləri gəldi.

 Rəcəb Tayyib Ərdoğanın çağırışıyla Beştepeyə çıxan siyasi partiya liderlərinin görüşü Türkiyə vaxtı ilə 14.06-da başladı.

Görüşdən ilk fotonu Anadolu Agentliyindən paylaşıldı.

Ölkə  başçısı Ərdoğan, dünən siyasi partiya liderlərini məktubla Beştepeyə dəvət etmişdi.