Beyin mərkəzləri hərəkətə başladı
20:52 17.05.2016
Arxiv
647
Türkiyə Rusiya münasibətləri gərginlikdən çıxacaq
Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə birlikdə Rusiya-Türkiyə Araşdırmaları Mərkəzi qurulub. Yeni yaradılan TÜRAM-ın əsas məqsədi iki ölkə arasında əlaqələri daha da inkişaf etdirməkdən ibarət olacaq. Mərkəzin yaradıcıları arasında Türkiyənin Rusiyanı yaxından tanıyan akademikləri, jurnalistləri və iş adamları da var.
Ekspertlərə görə, bu cür beyin mərkəzlərinin fəaliyyəti gərgin münasibətdə olan iki ölkə arasındakı əlaqələri yenidən normallaşdıra bilər. Bu barədə "Şərq”ə danışan politoloq İlqar Vəlizadə belə bir mərkəzin yaradılmasını çox praqmatik addım sayıb: "Mərkəzin yaradılması gələcək addımlara hesablanan bir təşəbbüsdür. Bütün anlaşılmazlıqlara baxmayaraq tərəflər başa düşürlər ki, münasibətlərin gərginləşməsinin perspektivi yoxdur. Düzdür, hazırda böhran pik həddinə çatıb, amma buna baxmayaraq iki ölkə bir-biri ilə əməkdaşlıqda maraqlıdır. Bildiyiniz kimi, hazırda Rusiya Türkiyəyə külli miqdarda qaz satır. Eyni zamanda Türkiyə rus bazarlarına kənd təsərrüfat mallarının böyük bir qismini çıxarır. Rusiyaya məxsus kənd təsərrüfat məhsulları, xüsusən buğda Türkiyəyə ixrac edilir. Həmçinin, kənd təsərrüfat nazirlikləri səviyyəsində iki ölkə arasında dialoq aparılır”. Ekspertin sözlərinə görə, ötən müddət ərzində tərəflər arasında imzalanmış sazişlər ləğv olunmayıb. Sadəcə olaraq həyata keçirilməsi müəyyən mənada dondurulub və ya ləngidilib: "Gərginlik yaranandan etibarən hər iki tərəf böyük maliyyə itkisi ilə üzləşib. Fikrimcə, belə mərkəzlər mövcud vəziyyəti soyuq başla analiz edəcək və lazımi təklifləri siyasi dairələrə çatdıracaq. Yəqin ki, bundan sonra Türkiyə-Rusiya dialoqu kritik mərhələdən çıxaraq faydalı mərhələyə qədəm qoyacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə