"Beynəlxalq klubların sülh havasına oynamalı deyilik"

Etimad Əsədov: " Ermənistan sülh yolu ilə torpaq qaytaran deyil. "

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iki əsas variant- sülh və hərb səsləndirilirdi. Bütün beynəlxalq klublar, təşkilatlar və eləcə də həmsədrlər Minsk qrupu çəriçivəsində bizə ancaq sülh dərsi keçirdilər. Münaqişənin həllinə münasibət bildirən bütün dövlət yetkililəri bunun yalnız danışıqlar yolu ilə tənzimlənəcəyini bildirirdilər. Müharibənin yolverilməz olduğunu deyirdilər. Keçən 20 ildən artıq zaman kəsiyində separatçı Ermənistan öz destruktiv mövqeyini ortaya qoydu. Həmişə danışlardan qaçdı, danışıqları pozdu". 

Bu barədə Sherg.az-a Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun " Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb" mesajını dəyərləndirərkən Qarabağ Qaziləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Etimad Əsədov deyib. 

O qeyd edib ki, Azərbaycan Ermənistanın nazı ilə çox oynadı:

"Beynəlxlaq aləmin bizə çaldığı sülh havasına oynadıq. İndi də çox gözəl ki, bizim yetkiləlilərimiz anladılar ki, Ermənistanla sülh danışıqları mümkün deyil. Onlar sülh danışıqları ilə torpaq qaytaran deyil. Bu danışığın heç bir nəticəsi olmayacaq. Deməli, qalır ikinci variant. Bu da hərb yoludur. Azərbaycan xalqı da bunu gözləyirdi. 10 -15 il öncə biz Qeyri-Hökumət Təşkilatları olaraq bəyan edirdik ki, ermənilər sülh yolu ilə torpaq qaytaran deyil. Yalançı sülh danışıqlarına inanmaq olmaz. İndi isə çox yaxşı ki, bu məsələni anlayıblar. Azərbaycan dövləti beynəlxlaq qurumlara, Azərbaycana sülh mahnısı çalanlara, ATƏT-in Minsk qrupuna, BMT , Avropa Şurası və Avropa Parlamentinə deməlidir ki, Ermənistanla sülh danışıqları mümkün deyil. Amma siz bizə sülhdən danışırsınız. Artıq biz müharibə etmək qərarına gəlmişik və bunu edəcəyik. Konkret siyasi iradə ortaya qoymaq və Azərbaycanın qeyrətli xalqına inanıb, silaha sarılıb torpaqlaraımızı azad etməyə başlamalıyıq. Bunun başqa yolu yoxdur".

Qeyd edək ki, Azərbaycan xarici işlər Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxışında deyib ki, Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb. Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik".

Ayyət Əhməd