Beynəlxalq təşkilatlar fakta göz yumur
21:34 24.10.2017
Arxiv
606
Suriyalı ermənilərin Qarabağda yerləşdirilməsi, Ermənistanın beynəlxalq hüquqa meydan oxumasıdır
"Beynəlxalq ictimaiyyətin hazırda üzləşdiyi miqrasiya böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlərin əzab çəkən miqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyasını və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi ilə Ermənistanın həyata keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir”.
Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan Yüksək Səviyyəli Görüşdə çıxışında deyib.
Nazir qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə həyata keçirilən bu siyasət və təcrübə, eyni zamanda işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi, Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir: "İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Çıraqov və başqaları Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək istəklərinə mane ola və münaqişənin sülh yolu ilə həlli perspektivlərini artıra bilər”.
Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da o fikirdədir ki, bu addım işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik göstəricilərin dəyişilməsinə yönəlib: "Dəfələrlə Azərbaycan tərəfi bununla bağlı öz narazılığını bildirib, müraciətlər edib, amma bu cəhdlərimiz heç bir nəticə verməyib.
Təəssüflər olsun ki, hadisələr beynəlxalq təşkilatların gözləri qarşısında baş versə də, heç bir reaksiya yoxdur. Suriyalı ermənilərin Qarabağda yerləşdirilməsi, Ermənistanın beynəlxalq hüquqa meydan oxumasıdır.
Təbii ki, ermənilər bu cür addımlarla ciddi bir nəticəyə nail ola bilməyəcəklər. Hələ 90-cı ilin ortalarında Köçəryan elan etmişdi ki, yaxın 10 il ərzində "Dağlıq Qarabağ”ın əhalisini 300 minə çatdıracaqlar. Amma heç bu rəqəmə yaxınlaşa bilmədilər, özlərinin rəsmi rəqəmlərinə görə isə indi bu ərazidə 137 min erməni yaşayır. Amma xarici ekspertlərin, müşahidəçilərin, regiona gedənlərin birmənalı fikri ondan ibarətdir ki, Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş Azərbaycan əraziləri daxil olmaqla heç 50-60 min arası əhali yoxdur”.
A.Nağı deyib ki, haradan ermənilər köçməli olurlarsa, bundan Ermənistan hakimiyyəti istifadə edir və onları Dağlıq Qarabağ və ətraf rayonlara yerləşdirir: "Ermənilər beynəlxalq təşkilatlardan yardım almaq, öz iddialarını qəbul etdirmək üçün müxtəlif vasitələrə əl atırlar. Azərbaycanın işğal altında olan torpaqlarına köçürülənlərin çoxu çarəsiz qalan, kasıb ermənilərdir. Onların imkanlıları başqa ölkələrə köçürlər. Azərbaycan ərazilərinə köçürülən ermənilər də bir müddət yaşadıqdan sonra köçüb gedirlər. Burada digər məsələ ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti rəsmi qaydada bu məsələnin üzərinə düşməlidir. Beynəlxalq təşkilatlar tərəfindən məsələni araşdırmaq üçün regiona komissiyanın göndərilməsinə nail olmalıdır və komissiyanın qərarlarına uyğun olaraq həmin əhalinin oradan çıxarılması və Ermənistan rejiminin cəzalandırılması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır. Bundan başqa yol yoxdur”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya