
Biletsiz şəxslərin də hava limanına daxil olmasına icazə verildi
14:58 12.07.2016
Arxiv
612
Bu günə qədər hava limanı ərazisinə daxil olan bütün maşınlar xüsusi təlim görmüş itlərlə yoxlamadan keçirilib

Artıq bileti olmayan şəxslərin Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olmasına icazə verilib. ANS TV-nin məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.
"Təhlükəsizliklə bağlı bu günə qədər yalnız bilet alan şəxslər terminallar binasına buraxılırdı. Lakin bu gündən etibarən sərnişinləri yola salan və qarşılayan insanlar binaya girə bilər” - deyə hava limanından verilən məlumatda deyilir.
İstanbul Atatürk Hava Limanında baş verən terror hadisəsindən sonra paytaxt Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Bileti olmayan şəxslər hava limanına buraxılmırdı.
Bu günə qədər Daxili İşlər Nazirliyinin əməkdaşları hava limanı ərazisinə daxil olan bütün maşınları xüsusi təlim görmüş itlərlə yoxlamadan keçirib.
Xarici uçuşların həyata keçirildiyi terminalda uçuş üçün biletləri olmayan şəxslərin binaya daxil olmasına icazə verilməyib. Hətta yaxınlarını qarşılamaq istəyənlər də hava limanına buraxılmayıb. Hava limanına yalnız sərnişinlər bilet və xarici pasport təqdim edildikdən sonra buraxılır.
Türkiyənin Atatürk Hava Limanında baş verən terror hadisəsi 45 nəfərin həlak olması, 250-dən çox insanın yaralanması ilə nəticələnib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya