Binəqədidə bacı-qardaş bıçaqlandı, qardaş öldü





Avqustun 21-də Binəqədi qəsəbəsində yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində qətl törədib.
Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirən Fidani hadisə yerini tərk edib.
Nəticədə Anar hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.
Cinayət işi ilə bağlı araşdırma aparılır.