Bir cümlə yetdi: "Ana, məni də apar"

21 dəfə hamilə qalmasına baxmayaraq analıq duyğusu yaşaya bilməyən qadın indi sevinclidir
Konyada 21 dəfə hamilə qalmasına baxmayaraq analıq duyğusu yaşaya bilməyən Hafize Dağdelen, ziyarət etdiyi sevgi evində Məhəmməd Əlinin "Ana, məni də apar" deyərək ağlaması ilə 3 il əvvəl himayəçi ailə oldu.
Konyada 21 dəfə hamilə qalmasına baxmayaraq ana ola bilməyən Hafize Dağdelen, ziyarət etdiyi sevgi evində qalan Məhəmməd Əliyə, "Ana, məni də apar" deyərək ağlaması ilə sahib çıxdı. Hafize (55) ilə Nihat Dağdelen (56) cütlüyü, 33 il əvvəl həyatını birləşdirdi. Uşaq sahibi ola bilməyincə müraciət etdikləri xəstəxanalarda bir neçə dəfə müalicələr alan Dağdalan cütlüyü, 21 uşağını dünyaya gəlmədən ana qarınında itirdi.
  Hafize Dağdelen həyat yoldaşının da təsdiqiylə Ailə və İctimai Siyasətlər Nazirliyi Konya El Müdirliyinə aid sevgi evlərinə getdi. Burada qaçaraq ona  "ana" deyən uşaqlarla maraqlandı. Qucağına oturan və 1,5 yaşından bu yana sevgi evlərində qalan 4 yaşlı Məhəmməd Əlinin, "Ana, məni də apar" deyərək ağlaması ilə onu övladlığa götürdü. Dağdelen ailəsinin ən böyük xoşbəxtliyi, 3 ildir böyük sevgi və şəfqətlə maraqlandıqları Məhəmməd Əlinin gülümsəməsi, xoşbəxt olması və "Anacığım, babacağım" deməsi oldu.
Hafize Dağdelen, illərcə uşaq sahibi olmağın xəyalını qurduğunu, ancaq heç cür nəticə ala bilmədiklərini söyləyir. İlk gün gördüyü Məhəmməd Əlidən çox təsirləndiyini qeyd edən  Dağdelen, o gün Məhəmməd Əlinin yanından heç ayrılmadığını, "Ana, məni də apar" deyərək ağlaması ilə göz yaşlarına hakim ola bilmədiyini bildirir.
Müraciətdən sonra Məhəmməd Əlini gətirdiklərində, uşağın qaçaraq qucağına gəldiyini ifadə edən Dağdelen, belə danışır: "Çox duyğulandım. Bəzi uşaqlar 'Məhəmməd gedir' deyə ağladı. Uşaq evə gələnə qədər danışdı. Ətrafını izah edirdi. Evimizə gətirdiyimizdə diksindi, içəriyə girmək istəmədi. Onun üçün ev səssiz, kimsəsiz, kənar bir ev idi. "Keç, balam içəriyə, sən mənim oğulumsan, bir dənəmsən' dedim. O gündən sonra da mənim bir dənəm oldu. Bir müddət davamlı ağladı, yemək yemədi. Çox romantik bir uşaq idi. Tək qalmaqdan qorxurdu. O yemədiyində mən də yemədim. Ağladığında ağladım. Ən sonunda mən kədərləndiyim üçün yemək yeməyə, ağlamamağa başladı. Yatarkən belə hər dəfə 'Görəsən nəfəs alır mu?' deyə başında gözlədim. İlk 'Ana' dediyində yaşadığım duyğu selini sözlər izah etməmə çatmaz. 'Mənə də ana deyəcək bir uşaq varmış' dedim."
"Sevgidən nur topu kimi bir oğulum doğuldu"
Dağdelen, həyatlarını Məhəmməd Əli üzərində qurulduğunu vurğulayaraq "Mənim üçün "yaxşı ana ola bilməyəcəyəm, uşaq doğa bilməyəcəm" kimi bir çox sözlər  deyildi. Onlara qızğın deyiləm. Sevgidən nur topu kimi bir oğulum doğuldu." deyir.