"Əsas səbəb Türkiyədə soğan böhranının Azərbaycan soğanı hesabına həll edilməsidir. Dost və qonşu ölkələrə yardım yaxşı işdir, amma necə deyərlər, əvvəl evin içi, sonra çölü"
Bir manat səksən qəpiyə soğan olar?
08:34 29.03.2019
Arxiv
770
Ekspertlər qiymətin artmasının səbəbini ixracda görürlər
"Əsas səbəb Türkiyədə soğan böhranının Azərbaycan soğanı hesabına həll edilməsidir. Dost və qonşu ölkələrə yardım yaxşı işdir, amma necə deyərlər, əvvəl evin içi, sonra çölü"
"Əsas səbəb Türkiyədə soğan böhranının Azərbaycan soğanı hesabına həll edilməsidir. Dost və qonşu ölkələrə yardım yaxşı işdir, amma necə deyərlər, əvvəl evin içi, sonra çölü"
Son günlər bazarlarda soğanın qiyməti 70 qəpikdən 1 manat 50, hətta 1 manat 80 qəpiyə qədər artıb. Bununla bağlı alıcılar məlumat veriblər.
Sahibkarlar qiymətin gözlənilmədən artmasına müxtəlif səbəblər göstərsələr də, mütəxəssislər əsas səbəbin Azərbaycanda soğanın kifayət qədər istehsal olunmaması, istehsal olunan məhsulun bir hissəsinin də ixrac edilməsi ilə izah edirlər.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda il ərzində soğan istehlakı 160-180 min ton civarındadır: "Son zamanlar istehsal müəyyən qədər artıb. Ancaq bunun 25 faizi ixrac olunur. Məsələ ondadır ki, Rusiya və Türkiyədə soğanın qiymətinin sürətlə artması sahibkarları məhsulun bir hissəsini həmin ölkələrə ixrac etməyə məcbur etdi. Nəticədə daxili bazarda məhsul qıtlığı yarandı və qiymət artdı.
Hökumət Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarına ehtiyacın tam ödənməsinə çalışmalıdır. Əvvəllər Özbəkistandan ucuz soğan idxal olunurdu, indi görünür, qısa müddətdə idxalı gerçəkləşdirmək mümkün olmayıb”.
Ekspert bildirib ki, yaxın 10-15 gündə mövsümi bahalaşma olacaq: "Bu müddət bitəndən sonra qiymətlər nisbətən enəcək”.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır: "Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə 2-3 dəfə çox - 7 min tondan çox soğan ixrac edib ki, bunun da, təxminən, 6 min tonu Türkiyəyə göndərilib. Bununla belə, daxili bazarda soğanın bahalaşması üçün ciddi səbəb yoxdur.
Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə, müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib. Yəqin ki, yaxın günlərdə qiymətlər əvvəlki həddə, yəni hər kq üçün 60-70 qəpiyə düşəcək”.
Soğanın bahalaşması ilə bağlı "Şərq”ə danışan "Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı qiymət artımına müxtəlif səbəblər olduğunu deyib:
"Anbarlarda saxlanan soğanın tükənməsi, keçən mövsümdə çox ucuz olduğundan bu mövsüm az əkilməsi, Türkiyədə ifrat baha olduğundan ora ixrac olunması və s. səbəblər soğanın bahalaşmasına şərait yaradıb. Əlbəttə, bu vəziyyətə bir neçə faktor təsir göstərir, lakin məncə əsas səbəb Türkiyədə soğan böhranının Azərbaycan soğanı hesabına həll edilməsidir.
Dost və qonşu ölkələrə yardım yaxşı işdir, amma necə deyərlər, əvvəl evin içi, sonra çölü. Ölkənin tələbatını ödəyən həcmdən artıq qalanının ixracına imkan verilməliydi. Yoxsa hansısa ölkədə əhali soğanı ucuz alsın deyə bizim əhali 5 qat bahasına almalı deyil. Burada məsuliyyət birbaşa KTN-in üzərinə düşür.
O daim əsas ərzaq məhsulları üzrə daxili tələbatı tənzimləməli, gömrükdən çıxış həcminə limit qoymalıdır. Əks halda bizdən dəfələrlə çox maaş alan və buna görə də əhalisi baha qiymətə bu məhsulları ala bilən ölkələrə ixrac olunan məhsulun burda qiyməti bahalaşacaq.
Burada plansız əkinlərin yaratdığı problemlər də var. KTN-in yarıtmaz siyasəti ucbatından hər il bir neçə məhsul su qiymətinə, o biri il isə od qiymətinə olur. Ən azı strateji ərzaq məhsulları ilə bağlı dövlət planlaşdırması olmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm