Bir nəfər Ukraynadan gətirdi

Romanov qoyunları Türkiyənin ət böhranını həll edə bilər
Bursada bir təşəbbüskarın Ukraynadan idxal etdiyi Romanov cinsli qoyunlar Türkiyədəki ət qıtlığını həll edəcək. İldə 8 quzu doğan Romanov qoyunlarının ağırlığı 90 kilodan artıqdır.
Mustafa Aydının Ukraynadan xüsusi icazə ilə gətirtdiyi Romanov qoyunları ildə 2 dəfə doğuşla 5 və ya 8 arasında bala verir. Mustafa Aydın, yüksək məhsuldarlığı olan bu qoyunların ölkəyə yayılması vəziyyətində Türkiyədə ət çətinliyinin sona çatacağını, vətəndaşın ucuz ət yeyə biləcəyini bildirir. Ukraynadan 5 ay əvvəl 100 ədəd damızlıq Romanov cinsli qoyun idxal etdiyini söyləyən Aydın, "6 aydan sonra qoyunlarım 400-ə çatdı. Bir ilin sonunda 600 ədəd olacağını gözləyirəm. Mən bu qoyunları Ukraynadan gətirtdim. Bu qoyunlar çox məhsuldardır. İldə 5 və ya 8 quzu doğur. 3,5 ayda yetkin vəziyyətə gəlir. Dişilərinin çəkiləri 75 kiloya, erkəkləri isə 90 kiloya çatır”. "Mən bu heyvanları ət böhranını həll etmək üçün gətirtdim” deyən Aydın, "Bu qoyunlar yayılsa ət ucuzlaşar. Ölkəmizdəki fermerlərin bu qoyunlardan yetişdirməsini tövsiyə edirəm. Bu qoyunlar çox törəyir və tez inkişaf edir. Ölkəmizdəki sahibkarlar bu qoyunlara baxsa, vətəndaşlar ucuz ət yeyər” deyə bildirir.