Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir
13:35 19.02.2019
Arxiv
529
Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə iqtisadi layihələr iki ölkənin qardaşlığını daha da gücləndirir.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Türkiyə Böyük Millət Məclisinin Azərbaycanda səfərdə olan bir qrup üzvü ilə görüşündə deyib.
Ə.Əhmədovun sözlərinə görə, Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir:
"Türkiyədən gələn hər bir qonaq Azərbaycan üçün əzizdir. Eyni hissləri biz Türkiyəyə gedəndə yaşayırıq. Türkiyə-Azərbaycan dostluğunun əsası Heydər Əliyev zamanında qoyulub".
Baş nazirin müavini qeyd edib ki, hazırda Türkiyə dünyanın ən güclü ölkələrindən birinə çevrilib:
"Biz bundan qürur duyuruq. Türkiyə ilə yanaşı Azərbaycan da güclənir. Bu iki ölkənin gücü onların möhtəşəmliyini daha da artırır. Güman edirəm ki, Türkiyə də Azərbaycanın inkişafından qürur duyur. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin qarşısını almaq mümkün olmayacaq".
Ə.Əhmədov Türkiyədən daha çox vətəndaşların Azərbaycana səfər etmək istədiklərini də açıqlayıb.
O bildirib ki, yerləşdiyi regionda narahatlıqlar olsa da, Türkiyə öz əhalisinin sabit durumda yaşamasını təmin edir.
Ə.Əhmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Tükiyənin göstərdiyi səylər ən böyük dəstəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə meşə yanğını: evlər boşaldılır
22:11 28.08.2026
Dünya
ABŞ-da “ABŞ Kosmik Akademiyası” yaradılacaq
21:50 28.08.2026
Dünya
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
21:28 28.08.2026
Hadisə
Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi
21:04 28.08.2026
Siyasət
Putin Ərdoğanla görüşəcək
20:35 28.08.2026
Gündəm
Nepalda güclü daşqınlar: ölənlərin sayı 500-ü keçdi
20:11 28.08.2026
Dünya
Sərnişin "Əhmədli" stansiyasında qatar yoluna düşdü
19:55 28.08.2026
Hadisə
Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib
19:49 28.08.2026
Gündəm
Paşinyan Rusiyanın Ermənistandakı “DAYAQLARINI” SÖKÜR - TƏHLİL
19:33 28.08.2026
Gündəm
İstanbulda avtobus divara çırpılıb, 17 nəfər yaralanıb
19:11 28.08.2026
Gündəm
"Qarabağ"ın yeni transferlərə ödədiyi məbləğ...
19:03 28.08.2026
Futbol
Konfrans Liqasının püşkü atılıb
18:55 28.08.2026
Futbol
Rusiya müharibədən çəkilərsə, Putin hakimiyyətini itirəcək - ŞƏRH
18:47 28.08.2026
Gündəm
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib
18:40 28.08.2026
Sosial
Sumqayıtda mənzildə meyit aşkarlandı
18:15 28.08.2026
Hadisə
Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
17:51 28.08.2026
Dünya