Birinci vitse-prezident Mehriban Əliyevaya yeni köməkçilər təyin edildi



Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçilər təyin edilib.

Sherg.az oxu.az-a istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçiləri Emin Hüseynov və Xalid Əhədovdur.

Bununla da Birinci vitse-prezidentin köməkçilərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.