Balaca uşaqlar olan evdə pəncərə və ya balkon yaxınlığına onların üzərlərinə çıxa biləcəkləri əşyalar qoyulmamalıdır. Balkonlar isə hündür hasarlanmalıdırlar.
Birlik direktorundan validyenlərə İSMARIC: "...ən adi diqqətsizlik faciə ilə nəticələnə bilər"
09:02 23.07.2018
Arxiv
793
"Azyaşlı uşaqların diqqətsizlik nəticəsində yuxarı mərtəbələrdən yıxılması, başlarına digər bədbəxt hadisələrin gəlməsi tək valideynlərin günahı deyil”.
Bunu "Sherg.az”a 3 yaşlı körpənin 6-cı mərtəbədən yıxılması, son vaxtlar valideyn nəzarətsizliyi nəticəsində baş verən bədbəxt hadisələr haqqında danışarkən "Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova söyləyib.
O düşünür ki, həmin valideynlərin diqqətsiz, məsuliyyətiz olduğunu düşünmək düzgün deyil:
"Sadəcə, təhlükəsizlik məsələsi kiçik yaşlı uşaqları olan valideynlər üçün əsas olmalıdır. Bu sırf təhlükəsizlik məsələsidir. Məsələn, azyaşlı uşaq olan evlərin pəncərələrində müvəqqəti dəmir qoruyuculardan istifadə etmək olar.
Balaca uşaqlar olan evdə pəncərə və ya balkon yaxınlığına onların üzərlərinə çıxa biləcəkləri əşyalar qoyulmamalıdır. Balkonlar isə hündür hasarlanmalıdırlar.Texniki qaydalarla yanaşı valideyn və ya uşağa baxan insan daim uşağı nəzarətdə saxlamalıdır. Onun anlayacağı formada təhlükəsizlik barədə uşağa danışmalıdır. Lakin çox kiçik yaş qrupundan olanları isə qətiyyən gözdən qoymaq olmaz.
Unutmayaq ki, ən adi diqqətsizlik faciə ilə bitə bilər. Valideyn bacarıqları haqqında çox heyif ki, məlumat alınacaq daha sistemli formal və ya qeyri-formal tədris yoxdur. Amma günümüzdə bu çox lazımdır”.
Qeyd edək ki, iyulun 19-da saat 12 radələrində paytaxtın Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb və hadisə yerində vəfat edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm