Birmərtəbəli binaların tikintisinə icazə elektronlaşdı
10:28 22.02.2019
Arxiv
698
Bu korrupsiya sövdələşməsini minimuma endirəcək, şəffaflığa şərait yaradacaq
Dövlət Tikinti və Şəhərsalma Komitəsi "ASAN xidmət”lə birlikdə "Ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi” üçün elektron sistem yaradıb.
Komitənin aparat rəhbəri Anar Quliyevin sözlərinə görə, əsas hədəf sahibkar-məmur əlaqəsini minimuma endirməklə, şəffaflığa nail olmaqdır: "Bu gündən fəaliyyətə başlayan sistemə müraciət edildikdən etibarən 15 gün ərzində istismara icazə almaq mümkün olacaq. Ekspertizanın keçirilməsinə ehtiyac olmayan tikililər daha çox sadə konstruksiyalıdır, bir və ya iki mərtəbəli kiçik həcmli tikililərdir və aşırımlarının arasındakı məsafə 6 metrdən çox olmamalıdır. Məhz bu tələblərə cavab verən obyektlərin sifarişçiləri həm tikintiyə, həm də istismara icazə üçün onlayn şəkildə bizə müraciət edə bilərlər”.
Binaların tikintisi üçün icazələrin elektron sistemə keçməsi çox güman ki, tikinti işlərinin aparılmasını asanlaşdıracaq. Məlumdur ki, bəzən bu sahədə müəyyən problemlər yaranırdı. Xüsusilə sahibkarlar müəyyən anlaşılmazlıqlarla üzləşdirdilər. Bəs yeni sistemin nə kimi müsbət nəticələri olacaq?
Elektron sistemin yaradılmasının effektli olacağını deyən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Şərq”ə bildirib ki, dövlət orqanları tərəfindən hansısa xidmətlərin elektronlaşdırılması şəffaflığa gətirib çıxaracaq:
"Digər tərəfdən korrupsiya sövdələşmələri minimuma endiriləcək və bütövlükdə proseslərin daha şəffaf formada həyata keçməsinə şərait yaranacaq. Şəhərsalma Komitəsinin xidmətləri elektronlaşdırması çox mühümdür. Artıq istənilən hüquqi və fiziki şəxs müraciət edərək müvafiq sənədləri təqdim etməklə tikintinin həyata keçirilməsi üçün razılıq əldə edə biləcək”.
Ə.Nuriyev bildirib ki, yeni sistemin yaradılması əlavə vəsaitlərin xərclənməsinin də qarşısını alacaq:
"Məlumdur ki, hansısa tikinti işlərinin həyata keçirilməsi üçün razılıq əldə edilməsi vətəndaşların vaxtını alırdı. Ona görə də prosesin elektronlaşması bu problemlərin aradan qalxmasına kömək olacaq. Yeni sistem tikinti sahəsində sürətli qərar qəbul etmə prosesinə təsir göstərəcək. Bildiyiniz kimi, bir neçə gün bundan öncə cənab Prezident İlham Əliyev tərəfindən mühüm bir fərman imzalandı. Bu fərman yüz minlərlə şəxsin mülkiyyət hüququnun rəsmiləşdirilməsinin daha asan və sürətli həyata keçməsinə imkan yaradacaq. Bütün bunlar sahibkarlığın inkişaf etməsinə, yeni imkanların yaranmasına gətirib çıxaracaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə