"Biz heç kimi dialoqdan çıxarmırıq"

Mariya Zaxarova prezidentlərin görüşü barədə açıqlama verdi




Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytından çıxarilması redaktə məqsədi daşıyır.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin başçısı Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib: "Söhbət materialın qeyri-səhih tərtibindən gedir. Gözlənilən hadisə barədə baş vermiş fakt təəssüratı yaranırdı. Məlumatda düzəliş edildi. Xəbərdə söhbət hipotetik görüş imkanından gedirdi. Görüş imkanı müzakirə edilirdi”.
Mariya Zaxarova bildirib ki, məsələ Rusiyanın prezident administrasiyasının səlahiyyətindədir: "Bu, kompliment kimi səslənir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini öz əlinə alıb. Biz heç kimi dialoqdan çıxarmırıq. Fikir mübadiləsi edirik, söhbət edirik, əlaqə saxlayırıq və həmsədrlərin rolunu yüksək qiymətləndiririk. Biz mövcud formatda fəal işləyirik”.