"Bizi ağrıdan Xocalı onların heç vecinə deyil!" - Polkovnikdən sərt sözlər
09:36 22.02.2018
Arxiv
1128
"Bütün dünyanı Qarabağla bağlı informasiyalarla fundamental şəkildə təmin etməli, bu sahədə izlənilən boşluqları doldurmalıyıq”.
Bu barədə "Shegr.az”a Xocalı faciəsinin 26-cı ildönümü barədə danışarkən əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib.
O vurğulayıb ki, hazırkı məqamda beynəlxalq mərkəzlərin diqqətini özümüzə çəkməli, Qarabağın Azərbaycana məxsusluğunu heç kimdə şübhə doğurmayacağı vaxtadək tutarlı dəlillərlə sübut etməliyik:
"Düzdür, dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır, amma bu tanıma bizi öz yurdumuza qaytaracaq qədər etibarlı özüllər üzərində dayanmayıb. Bu dayanıqlığı təmin etməkdən ötrü Azərbaycan kifayət qədər informasiya resurslarına malikdir, amma arada bu resursları vəhşicəsinə didib-parçalayan, güzaran psixologiyasına köklənmiş bəzi yırtıcı qruplar var. Bizi ağrıdan Xocalı onların heç vecinə deyil! Bu qrupların üzvləri döyüşlər zamanı ya daydayı, ya da pul hesabına arxa cəbhədə gizlənib, ya da "neqodnı” bilet alıb, Bakıda şelləniblər. İndi bizə vətənpərvərlik meyarlarından danışır, dövlətçilik prinsiplərindən dərs keçirlər.
Gənc nəslə sadəcə tariximizi doğru-dürüst öyrətməliyik. Əgər bunu bacarsaq, onların vətənpərvər ruhda böyüyəcəyi də şübhə doğurmayacaq. Bundan ötrü "faciələrin ildönümü” qrifi altında keçirilən və insanlarda nəinki çox az təəssürat formalaşdıran, əksinə, ümumun dünyagörüşünə mənfi təsir göstərən, bir sözlə, hər hansı faciənin yükünü azaldan ənənəvi tədbirlərdən imtina etməliyik. Faciəni bütün mərhələlərilə faciə kimi yaşamaq lazımdır! Ağlamaq lazım gələndə bir yerdə ağlamalı, toparlanmaq lazım gələndə bir yerdə toparlanmalı, qisasa qalxmaq lazım gələndə bir yerdə qisas almalıyıq! Pərakəndəlik heç kimə uğur gətirməyib! Xüsusilə torpağı yağmalanmış ölkədə”.
Qeyd edək ki, erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə törətdikləri Xocalı soyqırımından 26 il ötür. Bu illər ərzində Xocalı soyqırımının tanıdılması üçün Azərbaycan müəyyən qədər işlər görüb və dünyanın bir çox ölkə və təşkilatları hadisəni soyqırım kimi tanıyıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm