BMT-dən etiraf: "Səudiyyə bizi təhdid etdi"





Ər-Riyadın təhdidi nəticəsində Səudiyyə Ərəbistanını uşaqları öldürən ölkələrin siyahısından çıxardıq.
Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Pan Gi Mun deyib. Onun sözlərinə görə, Yəmən konflikti nəticəsində yaşanan uşaq ölümlərinə görə "qara siyahı"ya salınan Səudiyyə Ərəbistanı 72 saat sonra "qara siyahı"dan çıxarılıb: "Səudiyyə bizi maliyyə mənbələrimizi kəsməklə təhdid etdi. Uşaqların daha böyük fəlakətlərlə üz-üzə gəlməsinin qarşısını almalıyıq. Onsuz da Suriya, İraq, Fələstin, Cənubi Sudanda azyaşlılar daim böyük ağrı-acılar yaşayırlar”.