Böyük qaçış: İrma qasırğasının Floridaya çatmaslna saatlar qaldı

Atlantik okeanında qeydə alınan  və ada ölkələrindən keçərək Floridaya doğru irəliləyən Irma qasırğasının şiddətinin üçüncü kateqoriyaya (təxminən 200 kilometr) endiyi, ancaq qasırğanın irəliləyən saatlarda şiddətini artıracağı bildirilir.
Qasırğanın vuracağı  başda Florida ştatı olmaqla   Şimali Karolina, Cənubi Karolina, Georgia və Virginiya əyalətlərində qismən və  əyalət daxilində fövqəladə vəziyyət elan olunub.
Floridaya bazar günü səhər saatlarında çatması gözlənilən qasırğa üçün 700 min insanın təxliyyə edilməsinə qərar verilib. Son rəqəmlə birlikdə, əyalətdən təxliyyə  edilməsinə qərar verilənlərin sayı 7 milyona yaxınlaşdı.
Florida Qubernatoru Rick Scott, təxliyyə  qərarı verilənlərin dərhal evlərindən ayrılması lazım olduğunu ifadə edərək, "Bu, əyalətin  əvvəl heç görmədiyi dərəcədə dağıdıcı bir fırtınadır" deyə bildirib.
Zamanın sürətlə daraldığını dilə gətirən Scott, hələ də əyalətdə təsirli olan şiddətli külək səbəbiylə 25 min evə  elektrik verilə bilmədiyini bildirdi.