BQXK Elmira Süleymanovanın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlamasına münasibət bildirib
14:45 11.12.2016
Arxiv
344
Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan ombudsmanı Elmira Süleymanovanın mətbuata açıqlamasına münasibət bildirib.
BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, BQXK heç bir halda həbsin səbəbləri və saxlanmanın və məhkumluğun hüquqi aspektləri barədə fikir bildirmir, saxlanan şəxslərin sərbəst buraxılmasını təbliğ etmir.
İ. Hüseynova diqqətlərinin bütün saxlanılan şəxslərlə insani rəftar və məqbul saxlanma şəraitinin təmin olunmasında cəmləşdirdiklərini nəzərə çatdırıb: "Biz xüsusilə də, saxlanılan şəxslərlə onların ailələri arasında əlaqələri bərpa etməklə, həmçinin ailələrinin əziyyətlərini azaltmağa çalışırıq. Cenevrə konvensiyaları tərəflərin silahlı münaqişə zamanı öhdəliklərini müəyyənləşdirən - qüvvədə olan və ən geniş şəkildə qəbul edilmiş - beynəlxalq müqavilələrdir. Onlar həmçinin BQXK-nın fəaliyyəti zamanı əsaslandığı sənədlərdir. Bu konvensiyalar müdafiə altında olan insanları məhkəmə prosesindən azad etmir. Cenevrə Konvensiyaları hüquqi təminatlara hörmət tələb edir”.
Qeyd edək ki, E. Süleymanova mətbuata açıqlamasında deyib ki, Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı BQXK rəhbəri ilə görüşüb müzakirələr aparıb, onlar Dilqəm və Şahbazın qondarma məhkəmə tərəfindən cəzalandırılmasının beynəlxalq hüquqi normalara uyğun olmadığını, bunun beynəlxalq hüquqa zidd olduğunu bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə