Britaniya kraliçasının “bənövşəyi” əlinin sirri məlum oldu





Həkimlər Britaniya kraliçası II Yelizavetanın əlinin "bənövşəyi” rənginin mümkün səbəblərini açıqlayıblar.

Oxu.az xəbər verir ki, buna yüngül zədənin, daha doğrusu əzilmənin səbəb olduğu ehtimal edilir.

Qeyd olunur ki, insan yaşlandıqca, dərisi dəyişir, daha nazik olur və zədələrdən qoruyan piy qatının bir hissəsini itirir.

Digər versiyalara gəlincə, kraliçanın əlinin "bənövşəyi” rənginə qanı duruldan inyeksiya yaxud dərmanın təsiri səbəb olub.