“Bu, əsl rəhbər və əsl başçıya yaraşan addımdır”





"Azərbaycan Prezidenti İlham Əliyevin xalqın yanında olması təqdirəlayiqdir”.

Bunu "Sherg.az”a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib.

Ekspert bildirib ki, ölkə başçısının islahatlar aparması ilə yanaşı xalqın çətin günlərində xalqa dəstəyi, xalqın arasında olması əsl rəhbər və əsl başçıya yaraşan addımdır:

"Qaçqın və məcburi köçkün düşmüş insanların sosial rifahının mütəmadi gücləndirilməsi, Şamaxıda baş vermiş təbii hadisə zamanı xalqı bir an belə tək qoymaması dövlət başçısının xalqa sözün həqiqi mənasında arxa olması, milləti sevməsindən irəli gəlir. "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsində cənab Prezidentin insanlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı tapşırıq verməsi də hər an xalqın bütün çətinliklərini öz çiyinlərində daşımasından xəbər verir. Allah "Quran”da buyurur ki, "Yaxşı əməl etməkdə bir-birinizi üstələyin”. Digər ayədə isə buyurulur ki, "hər kəs zərrə qədər xeyir əməl etsə, onun xeyrin görəcək”. 

Ölkədə baş verən bütün proseslərdə, istər təbii hadisələr zamanı, istərsə də digər olaylarda Prezident İlham Əliyevin şəxsən müdaxiləsi onun Allaha bağlı lider olması ilə yanaşı, həm də Allahın bəyəndiyi bir rəhbər olmasından xəbər verir. Uca Allah "İsra” surəsinin 78-ci ayəsində buyurur ki, "Hər kəs öz bacardığını edər, Rəbbiniz kimin doğru yolda olduğunu daha doğru bilir”. Dövlət başçısının etdikləri xeyirxah əməllərdir. Allah dövlətimizin başçısına bu xeyirxah işlərdə yardımçı olsun”.

İsmayıl