"Bu görüş Prezidentin şəhid ailələrinə olan diqqətinin bariz göstəricisi idi" - Polkovnik






Dünən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri görüşü, onlara göstərilən səmimi münasibət şəhid ailələrinə olan diqqətin ən bariz göstəricisi idi".

Bu barədə "Sherg.az"a ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.

O qeyd edib ki, dövlətimizin başçısının bütün şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsinə dair fərmanı ölkə ictimaiyyəti, o cümlədən, müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək dəyərləndirilir:

"Preizdentin qərarları şəhid ailələrinin, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək qayğı göstərilir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir".

Bununla yanaşı polkovnik diqqətə çatdırıb ki, ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlili və şəhid ailələri mənzillə təmin edilib:

"Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Prezidentin bütün şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı müvafiq fərmanı yüzlərlə ailəyə sevinc bəxş etdi".

Ayyət Əhməd