Bu gün dini sahədə əsas problem radikallardır
20:17 11.02.2015
Arxiv
771
Ona görə də ilk növbədə radikal qrupların kökünü kəsməyin yollarını axtarmalıyıq
"Dini etiqad haqqında” qanuna dəyişiklik ediləcək. Dəyişikliyə əsasən, dini ədəbiyyatların və əşyaların satışına görə dövlətə rüsum ödəniləcək. Bu barədə məlumat verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, qanunun mövcud maddəsinə görə vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, əşya və materiallara sahib ola, istifadə edə və satış məntəqələrində sata bilirdilər.
Ancaq bundan sonra dini ədəbiyyat və dini təyinatlı əşyaların satışına görə nəzarət markası tətbiq olunacaq. Markaların alınmasına görə ödənilən vəsaitin dövlət büdcəsinə köçürülməsi və rüsumun məbləği müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək. Qanun bir sıra şəxslərdə narazılıq yaratsa da, əksəriyyət din sahəsinə nəzarətin zəruri olduğu fikrindədir. Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli son dövrlər dini sahədə atılan addımları təqdirəlayiq hesab edib. Xüsusilə dini komitənin və QMİ-nin bu məsələdə həssaslığını və düşünülmüş şəkildə hərəkət etməsini müsbət dəyərləndirib. Amma bununla yanaşı, ekspert görülən işlərin az olduğunu da etiraf edib: "Xaricdən dini ədəbiyyatların gətirilməsinə və satışına nəzarət edilməsi vacibdir və dövlətin üzərinə düşən məsuliyyətdir. Bunu problem yaradacaq amil kimi dəyərləndirmək düzgün deyil. Amma görülən müsbət işlərlə yanaşı, problemləri də dilə gətirməliyik. Həqiqəti gizlətmək olmaz. Əgər biz Azərbaycanın bütövlüyünü, din-dövlət münasibətlərinin möhkəmliyini istəyiriksə, dini mühitin Suriya və İraqdakı kimi olmasını arzulamırıqsa, problemləri masaya yatırıb müzakirə etməliyik. Bu gün dini sahədə əsas problem radikallardır. Ona görə də ilk növbədə radikal qrupların kökünü kəsməyin yollarını axtarmalıyıq. Bir şeyi unutmayaq ki, dini qruplaşmalar kitab satmaqla yox, daha çox internetdən, sosial şəbəkələrdən istifadə edərək öz tərəfdaşları ilə əlaqə qurur, onları ələ alırlar”. S.C.Əzimbəylinin sözlərinə görə, maarifləndirmə prosesini sürətləndirmək və mütəmadi həyata keçirmək lazımdır: "Mövsümi xarakter daşıyan maarifləndirmə fayda verə bilməz. Prosesi praktik-əməli fəaliyyətə çevirmək lazımdır. Cəmiyyətin, toplumun aynası sayılan insanlar kənd-kənd, ev-ev gəzərək gənclərlə təbliğat aparmalı, ilk növbədə radikal qruplara üzv olan insanlarla ünsiyyət qurmalıdırlar. Yenə deyirəm, inzibati metodlar gözəldir, amma proqramlı şəkildə maarifləndirmə işi aparmasaq, gələcəkdə təhlükəli vəziyyətlə üzləşə bilərik”.
İlahiyyatçı-alim Hacı Atif İsmayılov da sözügedən dəyişikliyi müsbət qiymətləndirib. İlahiyyatçı deyib ki, qanuna edilən dəyişiklik ictimaiyyət arasında müəyyən narazılıq yaratsa da, dövlətin mənafeyini və təhlükəsizliyini qorumaq üçün dini ədəbiyyatların satışına nəzarət labüddür: "Hər sahədə olduğu kimi, dindən də öz məqsədləri üçün istifadə edən müəyyən dairələr, şəxslər var. Hər hansı bir din öz əqidəsini insanlara müxtəlif yolla çatdırır. Əksər hallarda dini ideyalar müxtəlif kitablar, broşuralar vasitəsi ilə təmənnasız olaraq insanlara aşılanır. Çünki cəmiyyətdə pul verib dini ədəbiyyat alanların sayı çox azdır. Bu səbəbdən pulsuz paylanılan ədəbiyyatlar daha çox insana nüfuz edir. Bu da əksər hallarda xüsusi maraqlara xidmət edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya