Bu hal dünyada ilk dəfədir yaşanır: Görün, diş haradan çıxdı... - Fotolar

59 yaşlı danimarkalı kişi davamlı burun tıxanması səbəbilə Danimarkada « Aarhus » xəstəxanasına müraciət edib. Öncə həkimlər bildirirlər ki, burun boşluğundakı bu şiş soyuqdəymədən yaranıb. 
Amma həmin şişin əməliyyatı zamanı görüblər ki, bu şişi yaradan burun daxilində, daha dəqiq desək sol dəlikdə çıxan dişdir.
"Sherg.az" "Sante.lefigaro.fr" -a istinadən xəbər verir ki, bu nadir hal 2019-cu ilin fevral ayında « BMJ Case Reports » jurnalında dərc olunub.
Yazıda o da qeyd olunur ki, iki il bundan xəstəyə xroniki burun tıxanıqlığı diaqnozu qoyulub. Və o bu diaqnoza uyğun müxtəlif müalicələr götürüb. Amma bu müalicələrin heç bir nəticəsi olmayıb, getdikcə xəstə dad və iy bilmə hissini itirib. Lakin yuxarıda adı çəkilən xəstəxanada tomoqrafiyadan keçdikdən sonra məlum olub ki, xəstənin burun boşluğunun dərinliyində balıqqulağına bənzər diş çıxır. Əməliyyat nəticəsində diş çıxarılıb və xəstə normal vəziyyətinə qayıdıb.
Tərcümə etdi : Ayyət Əhməd