Bu il 55 adda radikal dini ədəbiyyatın Azərbaycana gətirilməsinə cəhd edilib
11:55 27.12.2016
Arxiv
419
Azərbaycanda bu il dini radikallığı təbliğ edən 55 adda ədəbiyyatın ölkəyə idxalına cəhd olub.
APA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilin sonu ilə bağlı yaydığı hesabatda bildirilir.
İl ərzində Komitədə 1451 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 55 adda kitabın ölkəyə idxalına razılıq verilməyib.
Ölkədə çap olunmaq məqsədilə 240 adda dini ədəbiyyat ekspertizadan keçirilib, onlardan 3-də dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığından çapı məqsədəuyğun sayılmayıb.
Qeyd olunub ki, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilib. Belə ki, 379 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.
Hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 689 adda dini ədəbiyyata baxılaraq, onlardan 330 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə