Müəllim və şagird arasında konflikt olmamalıdır. Hansısa səbəbdən konflikt baş veribsə, heç bir halda bu mətbuata qədər irəliləməməlidir. Şagird-müəllim, müəllim-valideyn, müəllim-direktor münasibətlərinin, üçtərəfli müəllim-şagird-məktəb tandeminin tamamlanmasına ciddi nəzarət olmalıdır. Amma təəssüf ki, orta məktəblərimizdə təhsil prosesinə zidd hallar baş verir. Mətbuatda yayılan iddialar əsasını taparsa, adıçəkilən məktəbin direktoru, həmin müəllim məktəbdən azad edilməlidir ki, belə hadisələr bir də təkrarlanmasın”.
"...bu məktəbin direktoru və müəllimi işdən azad edilməlidir" - İdarəçilik itib
14:34 22.02.2018
Arxiv
3065
"Orta ümumtəhsil məktəblərində təhsilin gedişinə mane olan resurslardan - telefon, planşet kimi vasitələrdən istifadə edilməməlidir”.
Bu barədə "Sherg.az”a 82 nömrəli məktəbdə baş verən hadisədən danışarkən təhsil eksperti Kamran Əsədov bildirib. O vurğulayıb ki, məktəbi idarə edən şəxslər təhlükəsizlik kameraları ilə müşahidə aparmalı, məktəbdə təhsil alan, təhsil verən şəxslərin mobil telefondan hansı məqsədlərlə istifadə etdiyini bilməlidirlər:
"Təbii ki, məktəbdə qadağa qoymaq olmaz. Müəllimlərimiz orta ümumtəhsil məktəblərinə bəzən fərqli niyyətlə yanaşır, fərqli məqsədlər üçün istifadə etməyə çalışırlar. Şagirdlərin təhqir edilməsinə yol verən müəllimləri, məktəb direktorlarını azad etmək lazımdır. Mediada orta məktəblərdə baş verən mənfi hadisələrin gündəmə gəlməsi orta məktəblərin nüfuzunu daha da aşağı salacaq. Gələcəkdə bu sahədə daha ciddi fəsadların şahidi olacağıq.
Müəllim və şagird arasında konflikt olmamalıdır. Hansısa səbəbdən konflikt baş veribsə, heç bir halda bu mətbuata qədər irəliləməməlidir. Şagird-müəllim, müəllim-valideyn, müəllim-direktor münasibətlərinin, üçtərəfli müəllim-şagird-məktəb tandeminin tamamlanmasına ciddi nəzarət olmalıdır. Amma təəssüf ki, orta məktəblərimizdə təhsil prosesinə zidd hallar baş verir. Mətbuatda yayılan iddialar əsasını taparsa, adıçəkilən məktəbin direktoru, həmin müəllim məktəbdən azad edilməlidir ki, belə hadisələr bir də təkrarlanmasın”.K.Əsədov xatırladıb ki, Bakı şəhərində bir neçə məktəblə bağlı mütəmadi neqativ məlumatlar alır:
"Amma 82 saylı məktəbin müəllimlərinin çoxu istedadlı, gənc müəllimlərdir. Bir neçə il əvvəl şagirdlərlə bağlı problem yaşanmışdı, tarix müəlliminə qarşı şagirdlərin hörmətsizliyi yayılmışdı. Amma həmin məktəbin rəhbərliyi təcrübəli şəxsdir, belə hadisə baş veribsə, böyüməsinə icazə verməz. Problem məktəb daxilində həll edilmədən, kənara çıxıbsa, bu o deməkdir ki, həmin müəssisənin rəhbərliyi idarəni itirib".
Qeyd edək ki, sözügedən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib. Polis faktla bağlı araşdırmalara başlayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm