"Bu sərəncam vətəndaşların və bankların vəziyyətini yaxşılaşdıracaq" - Baş redaktor
12:12 01.03.2019
Arxiv
593
"Prezidentin problemli kreditlərin ödənilməsi ilə bağlı verdiyi sərəncam onu göstərir ki, əhalinin sosial müdafiəsinin miqyası daha da genişlənir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, ölkə başçısı 2003-ci ildən etibarən xalqın rifahı barədə düşünür:
"Cənab prezident daim vətəndaşların yanındadır. Onun mütərəqqi addımları artıq 16 ildir ki, davam edir. 2018-ci ildəki seçkilərdə idarəetmənin optimallaşdırılması, sosial paketin həyata keçirilməsi mövcud platformaya daxil idi. Bu proses artıq yeni bir mərhələyə qədəm qoyub. Ölkə başçısı əhalinin sosial rifahının yaxşılaşmasının yeni bir modelini ortaya qoydu. Məsələlərin kompleks həlli istiqamətində dövlətin konsepktual yanaşması baş tutdu. Bütün sferanı əhatə edən insanlar prezidentin atdığı addımlardan bəhrələnirlər. Problemli kreditlərlə bağlı sərəncamdan öncə tələbə və gənclər, şəhid ailələri, veteranlar və digər təbəqələrlə bağlı atılan addımlar bir daha göstərdi ki, Prezident mövcud platformalı məsələləri sözdə deyil, əməli ilə həll edir.
Məlumdur ki, manatın devalvasiyası dövründə əhalinin banklarla problemləri var idi. Bu problemlərin aradan qaldırılmasında dövlət çox mühüm addım atdı. Ölkə başçısının sərəncamı həm bankların inkişafına verilən dəstək, həm də vətəndaşla-bank arasında olan problemlərin həlli istiqamətində atılmış ən vacib və genişmiqyası bir addım idi.
Hesab edirəm ki, bu tip sərəncamlar ölkə başçısının sosial siyasətinin prioritet istiqamətidir. Ümumiyyətlə, əhalinin sosial müdafiəsi, kiçik və orta sahibkarlığın inkişafı hər zaman prezidentin siyasətinin mərkəzində olub. Düşünürəm ki, belə addımlar daha da genişlənəcək və gələcəkdə bundan da möhtəşəm sərəncamların şahidi olacağıq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya