“Bu, Türkiyə tarixinin ən həyəcanlı seçkisi olacaq” – Türkiyəli professor
15:10 27.03.2019
Arxiv
501
"Türkiyədə 31 mart bələdiyyə seçkisinə ittifaqlar damğa vurub. Yəni ilk dəfə olaraq partiyalar rəsmi ittifaq yaradaraq seçkiyə girirlər”.
Bunu "Sherg.az”a açıqlamasında "Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyəli professor Hasan Oktay deyib.
Professor bildirib ki, "Cümhur İttifaqı”nı təşkil edən siyasi partiyalar hakim AKP və MHP-dir. "Millət İttifaqı”nda isə CHP, İYİ və SP təmsil olunur:
"Türkiyə idarəetmədə prezident üsul-idarəsinə keçdikdən sonra seçkilərdə ittifaqlar rəsmi olaraq qurulmağa başlandı. Daha öncə seçkilərdə rəsmi şəkildə ittifaqlar təşkil olunmurdu, partiyalar qeyri-rəsmi, yəni şifahi razılaşma fonunda seçkiyə qatılırdılar. Budəfəki seçkilərin ən mühüm müzakirə mövzuları isə Türkiyənin istiqbalı və HDP ilə ortaqlıqdır.
Sirr deyil ki, PKK-nın siyasi qolu sayılan HDP qeyri-rəsmi şəkildə CHP-yə, "Millət İttifaqı”na dəstək verir. Bu dəstəyin ölkənin qərb bölgələrində ana müxalifət partiyası üçün avantajlı olacağı görünür. Xüsusən İstanbul və paytaxt Ankarada seçki mübarizəsi çox çətin keçir və namizədlər arasında fərq demək olar ki, yox səviyyəsindədir. Bu səbəbdən "Cumhur İttifaqı” siyasi rəqibləri ilə mübarizədə "HDP” faktorunu daha çox önə çıxartmağa çalışır”.
H.Oktay bəyan edib ki, hazırda seçkilərə hazırlıq gərgin yarış formasında gedir:
""Cumhur İttifaqı” səslərini 50 faizin üstünə çıxarmaqla növbədənkənar seçki gərginliyinə meydan vermək istəmir. Müxalifət isə həm səslərini artırmaq, həm də Ankara, İstanbul, Mersin, Adana, Antalya kimi böyük şəhərləri alaraq gələcək seçkilərdə uğur qazanmağa cəhd göstərir. Bəlkə də hökuməti növbədənkənar seçkiyə aparmağı düşünür. Nəticə etibarı ilə ilə 2019-cu ilin martın 31-də baş tutacaq seçkilər Türkiyə tarixinin ən həyəcanlı seçkisi olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə