“Bu ünsürlər yenə də xaricilərin ssenarisini oynayırlar”

"Özlərini "radikal müxalifət” hesab edənlər öz gözlərində tiri görmürlər”.
Bunu "Sherg.az”a açıqlamasında AMEA-nın böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib.
Alim bildirib ki, zamanında etdikləri səhvlərdən nəticə çıxarmayan, kiçik məişət problemini siyasi müstəviyə çıxarmağa çalışan, daim kimlərinsə sifarişi əsasında hərəkət edən bu ünsürlər yenə də xaricilərin ssenarisini oynayırlar:
"Bu ifada baş rolu qapmağa can atanların, söz oyununda çoxdan mənasızlaşanların, şəxsi mənafe naminə hər oyundan çıxmağı bacaran bu oyunbazların yeganə məqsədi ölkədə sabitliyi və əmin-amanlığı pozmaqdır. Xalq kimin yanında olmağı və kimin yolunu seçməyi çox yaxşı bilir.
Ona görə də radikal müxalifət elə zənn etməsin ki, onların maskalarının altındakı simalarını, əsl üzlərini tanıyan və görən yoxdur.
Hakimiyyətdə olanda xalq sizdən o qədər iyrənib ki, bir daha sizi rəhbər vəzifələrdə görmək istəmirlər. Xalqın içərisindən seçilmiş əsl ziyayılar sizin əxlaqınızı da, tərbiyənizi də yaxşı bilir və ictimaiyyətə də çatdırırlar”.
İsmayıl