Bu vəkillər barəsində intizam icraatı başlanacaq - AÇIQLAMA




"Bizim vəkillər qarşısında əsas tələbimiz odur ki, onlar məxfiliyi pozmasınlar, müvəkkilin sirrini yaymasınlar".

Lent.az-ın məlumatına görə, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Sədr qeyd edib ki, prinsiplərə və tələblərə riayət edən vəkillər mətbuata istənilən məlumatı verə bilərlər: "Biz vəkillərin mətbuata məlumat verməsinə etiraz etmirik. Kollegiyanın mövqeyi ondan ibarətdir ki, vəkillər vəkillik fəaliyyəti haqda qanun tələblərinə riayət etsinlər. Vəkillər istənilən prosesə, istənilən adamı da müdafiə edə bilərlər. Biz qətiyyən onların fəaliyyətinə müdaxilə edə bilmərik bu qanunsuzluq ola bilər".



Anar Bağırov bildirib ki, qətiyyən heç bir vəkilə mətbuata açıqlama verməməsi ilə bağlı xəbərdarlıq etməyiblər: "Vəkillik azad peşə sahibliyidir. Əgər belə bir şey olsa vəkillər öz narahatçılığını bildirərdilər. Əgər vəkil müvəkkilin sirrini yayırsa, etika qaydalarına riayət etmirsə, onun barəsində intizam icraatı başlanacaq və bu məsələlərə qiymət veriləcək".