"Bunun pulu var, daha çox qopara bilərik”- Bank psixologiyası
12:12 18.04.2017
Arxiv
1132
"Vətəndaş bankın kreditini ödətirsə, 5 gün ərzində bank onun girovunun azad edilməsi haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məktub göndərməlidir”.
Bunu Sherg.az-a Laçın rayonundan məcburi köçkün Budaqov Şakir Xanlar oğlunun banka olan kredit borcunu ödəməsinə rəğmən evinin bank tərəfindən satışa çıxarılmasına münasibət bildirərkən hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, qanuna görə bank məktub göndərməyibsə, vurulan zərərə görə məsuliyyət daşıyır:
"Bütün bunlar ipoteka haqqında qanunda nəzərdə tutulub. Əksər hallarda banklarda hansısa gecikmələr olur, müştərinin borcu üzərinə əlavə faizlər gəlir. Vətəndaş ödədiyini deyir, həqiqətən də ödəyir, lakin banklarda belə psixologiya var ki, ödəyəndən daha çox pul çıxartmaq istəyirlər. Ödəməyən müştərinin arxasınca bank gedir, yalvarır, xahiş edir. Amma ödəyəni görəndə deyir, "aha bunun pulu var, daha çox qopara bilərik”.
Vətəndaşların səhvi isə odur ki, krediti ödəməzdən əvvəl bankdan arayış tələb etmirlər. Vətəndaş borcunun nə qədər olduğunu bilməlidir. Onun əsasında addım ata bilər. Vətəndaş bunu yoxlamadığından belə problem çıxır.
Vətəndaş indi məcburdur ki, özü bankı məhkəməyə versin. Bu isə həm əlavə xərc və vaxt itkisidir. Məsləhət görürəm ki, yenə də bankı məhkəməyə verib, vurulan zərəri tələb etsinlər”.
Əkrəm Həsənov vətəndaşlara bankın borcunu bağlamazdan əvvəl arayış tələb etməyi məsləhət görüb:
"Əgər sənədlərdə borcunuz çox göstərilərsə, ödəməyin, məhkəməyə verin. Ciddi yanaşmadıqda vətəndaş borcu ödəyir, sonradan yenə də çıxılmaz vəziyyətə düşür”.
Qeyd edək ki, Laçın rayonundan məcburi köçkün Budaqov Şakir Xanlar oğlu "Xalq Bank” ASC-nin Mingəçevir Filialından şikayətçidir.
Şikayətçi bildirir ki, onunla "Xalq Bank” ASC-nin Mingəçevir filialı arasında 26.01.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 19.166 manat əsas, 2.223 manat 28 qəpik faiz borcu, borcun qaytarılmasının gecikdirildiyinə görə hesablanmış 314 manat 70 qəpik məbləğində cərimə ödənilsə də, bank evin sənətlərinin üzərinə qoyduğu girovluğu götürməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi