Elçin Mirzəbəyli: “Avropa Şurası dövlətlərin üzərində nəzarət həyata keçirən bir qurum deyil və bu qurumun qəbul etdiyi qərarlar beynəlxalq sənəd sayılmır”
Bütün ittihamlar şayiə və ehtimallar üzərində qurulub
Tahir Kərimli: “Bizi hədələyirlərsə, onların qərarını gözləmədən Avropa Şurasından imtina etməliyik”
Elçin Mirzəbəyli: “Avropa Şurası dövlətlərin üzərində nəzarət həyata keçirən bir qurum deyil və bu qurumun qəbul etdiyi qərarlar beynəlxalq sənəd sayılmır”
Elçin Mirzəbəyli: “Avropa Şurası dövlətlərin üzərində nəzarət həyata keçirən bir qurum deyil və bu qurumun qəbul etdiyi qərarlar beynəlxalq sənəd sayılmır”
Məlum olduğu kimi, AŞ PA-nın Müstəqil Araşdırmalar Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun da adı çəkilib. Millət vəkili onun haqqında hazırlanan qərəzli məlumatlara etiraz edib. Seyidov Şuranın tərkibində təmsil olunmaq istəmədiyini bildirib:
"Mən Azərbaycanı təmsil etməklə fəxr edirəm. Düşünürəm ki, mənim ölkəmi rüsvay etməyə dair istənilən cəhdin özü korrupsiyadır”. Ümumiyyətlə, son iki ildə Azərbaycana qarşı saxta iddialar yayan və dəstəkləyən müəyyən dairələr, xüsusilə Sorosun maliyyələşdirdiyi QHT-lər və media qrupları tərəfindən Qərbi Avropa mediasında yer alan şişirdilmiş başlıqlar AŞ PA-nın normal fəaliyyətini iflic edib. Qeyri-ciddi açıqlamalar AŞ PA-nın onsuz da müsbət olmayan beynəlxalq nüfuzuna ciddi xələl gətirsə də, indi aydın olur ki, iddialar nəticə etibarilə əsassız, uydurma və qərəzli imiş. Çünki korrupsiya iddiasını araşdıran istintaq orqanı təsdiq edib ki, 2008-ci ildən bəri AŞ PA-nın Azərbaycanla bağlı bütün məruzələri öz məğlubiyyətləri ilə barışmaq istəməyən güc mərkəzlərinin və anti-Azərbaycan qüvvələrin beyin məhsuludur. Beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmaq məqsədi daşıyan bu lazımsız şou AŞ PA-nın ciddi büdcə problemlərini bir qədər də qabardıb. Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Yasin Aktay deyib ki, təşkilatın korrupsiya ilə bağlı hesabatında Azərbaycana qarşı açıq-aşkar qərəz müşahidə olunur, bu isə qəbuledilməzdir. Deputat AŞ PA tərəfindən PYD-nin keçmiş həmsədri Saleh Müslümün dəvət olunmasını xatırladıb: "Əgər korrupsiyadan danışırıqsa, o zaman 29 nəfərin həlak olduğu terror aktının təşkilində şübhəli bilinən terror təşkilatının üzvlərinin hansı qeyri-etik yollarla AŞ PA-da çıxış etmək imkanı qazanmasından başlaya bilərik”. Deputat bildirib ki, hesabatda AŞ PA-nın yalnız bir üzvünə aid edilən məqamlara diqqət ayrılır: "Bu da elə təəssürat yaradır ki, təşkilatın məqsədi konkret ölkəni qaralamaqdır. Hesabat Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərdə problemlərin yaradılması üçün hazırlanıb”. Azərbaycan ictimaiyyəti də hesab edir ki, AŞ PA ölkəmizi böhtanlarla təhdid etmək əvəzinə, Avropanın miqrasiya, ümumi təhlükəsizlik və büdcə məsələləri kimi böyük problemlərini həll etməyə çalışsa daha yaxşı olar.
Millət vəkili Tahir Kərimli "sherg.az”a xatırladıb ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov nümayəndə təyin edildikdə AŞ-ni "bizim təşkilat” adlandırırdı. Görün vəziyyət hansı həddə çatıb ki, o, indi Şuradan imtina edir. Onun sözlərinə görə, Avropa Şurası 5-10 nəfərin hüququnun pozulmasını bəhanə edir, amma milyonlarla qaçqın və məcburi köçkünlərin hüquqlarının tapdanmasına göz yumur: "Bu, açıq şəkildə xristian təəssübkeşliyi, islamafobiyadır. AŞ Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün hərbi yoldan istifadənin əleyhinə çıxır, ancaq Ermənistanın işğal siyasətinə irad tuta bilmir. Bu addımların hər birinin başında ikili siyasət durur. Azərbaycan haqqında yayılan qərəzli materiallara, həqiqəti əks etdirməyən hesabatlara əsaslanıb, ölkəmiz haqqında mühakimə yürüdürlər. Ona görə, Milli Məclisdə məsələ qaldırdım ki, Azərbaycanı təşkilatdan çıxarmaqla hədələyirlərsə, biz özümüz onların qərarını gözləmədən təşkilatdan imtina etməliyik. Bu hədələrə göz yummamalıyıq. Azərbaycan müstəqil siyasətini yürüdür, heç bir dövlətdən asılı olmadan mövcudluğunu saxlayır. Vaxtilə Qərb Avropa Şurasının və böyük dövlətlərin simasında demokratiyanı imitasiya etməklə məşğul idi. İndi isə onların tələblərinə boyun əyməyən dövlətlərə qarşı açıq şəkildə qərəzli mövqe sərgiləyirlər”.
Siyasi analitik Elçin Mirzəbəyli isə deyib ki, Avropa Şurası Parlament Assambleyası dövlətlərin üzərində nəzarət həyata keçirən bir qurum deyil və bu qurumun qəbul etdiyi qərarlar beynəlxalq sənəd sayılmır:
"Rüşvət məsələsi bütün dünyada olduğu kimi, Avropa Şurasına üzv olan ölkələrdə də cinayət sayılır. Cinayət əməlinə isə yalnız hüquqi müstəvidə qiymət verilə bilər. İndiki halda əgər rüşvətlə bağlı hər hansı bir hadisə baş vermişdisə, o zaman rüşvət təklif edilən şəxs dərhal hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməli və faktı rəsmiləşdirməliydi. Əgər belə bir addım atılmayıbsa, o zaman rüşvət iddiaları birmənalı olaraq böhtan xarakterlidir və təbii ki, qarşı tərəf bu ittihamlara hüquqi qiymət verilməsi üçün müvafiq addımlar ata bilər. Yəni siyasi müstəvidə dilə gətirilən bütün cinayət ittihamları öz təsdiqini tapmırsa, o zaman bu ittihamları irəli sürənlər məsuliyyət daşımalıdırlar”. Politoloq vurğulayıb ki, hesabatda rüşvətlə bağlı irəli sürülən bütün ittihamlar şayiə və ehtimallar üzərində qurulub:
"Əslində hesabata diqqət yetirsək, bu siyasi motivli iddiaların nə üçün irəli sürüldüyünü müəyyənləşdirmək olar. Məsələn, hesabatda qeyd olunur ki, "Azərbaycan hakimiyyəti işi o səviyyəyə gətirmişdi ki, hətta parlamentin iclasında az-az iştirak edənlər Azərbaycanla bağlı məsələ olduqda iclasa qatılırdı və Azərbaycanın lehinə səs verirdi”.
Bu, Azərbaycanın lobbiçilik fəaliyyətini yaxşı qurduğunun etirafıdır. Sual olunur, Azərbaycanın lobbiçilik fəaliyyəti nəyə xidmət edirdi? Şübhəsiz ki, işğalçı Ermənistanın öz adı ilə çağırılmasına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ifşa olunmasına, aqressiv separatizm və terrorizmin qətiyyətlə pislənilməsinə, münaqişələrin həllinin tezləşdirilməsinə və s. Yəni Azərbaycanın lobbiçilik fəaliyyəti beynəlxalq hüququn prinsiplərinin AŞ PA müstəvisində dəstəklənməsinə, Avropa Şurası məkanında təhlükəsizliyə təhdid yaradan amillərin aradan qaldırılmasına xidmət edirdi. Bu fəaliyyət isə beynəlxalq hüququn prinsiplərinin qorunmasında, terrorizmə, separatizmə qarşı mübarizədə maraqlı olan bütün dövlətlərin mənafeyinə uyğun olmalıdır - əlbəttə, Ermənistan və onu himayə edən dairələr istisna olunmaqla”.
İsmayıl