Bütün xəstəxana personalı bu eşqə heyran qaldı

Nənə narkozdan çıxar- çıxmaz həkiminə, "ərim yemək bişirməyi bilmir, məni dərhal evimə göndərin" dedi
Niğdedə yaşayan 75 yaşlı Hüseyn Özcan, Mersinin Tarsus qəsəbəsində ürək əməliyyatı keçirən həyat yoldaşı 73 yaşlı Xədicə Özcanın əməliyyatı zamanı qapıda gözyaşları içində "Allahım, məni al, onun canını bağışla" deyə dua etdi.
Xədicə nənə isə narkozun təsirindən çıxar- çıxmaz həkiminə, "Ərim yemək bişirməyi bilmir, məni dərhal evimə göndərin" deyərkən, yaşlı cütlüyün bu eşqi xəstəxana personalını duyğulandırdı.
Özcan, reanimasiya xidmətinin qarşısından ayrılmadı. Qısa müddətlə içəri girməsinə icazə verilən Hüseyn baba, həyat yoldaşının əlini tutub öpərək mənəvi dəstək verdi. Xədicə nənə isə özünə gələr- gəlməz həkiminə "Bizim evimiz kənddədir. Ərim yemək bişirə bilməz. Aç qalar, səfil olar. Məni buraxın evimə gedim" deyə danışdı.
Cütlüyün eşqinə şahid olan bütün xəstəxana personalı kimi duyğulanan Op. Dr. Azad Mart, həyat yoldaşının sevgisinin də qatqısıyla Xədicə nənənin vəziyyətinin yaxşı olduğunu və artıq ürək batareyasına ehtiyacı qalmadığını söylədi. Hüseyn baba isə 57 il əvvəl görücü üsuluyla bir qış günü evləndiklərini ifadə edərək, "24 il Almaniyada çalışdım. Yalnız 8 ay həyat yoldaşım yanımda idi. Sonra onu kəndə göndərmək məcburiyyətində qaldım. Uzun illər həsrət çəkdim. Onu çox sevirəm" dedi.
Özcan ayrıca 7 uşaq və 21 nəvə sahibi olduqlarını, kənddə tək yaşadıqları söylədi.