“Camaatın ürəyini bulandırırlar”

“Telekanallar onların səsini kəssinlər...”
İlhamə Quliyeva Nazənin və Təranə Qumralın qalmaqalına sərt münasibət bildirdi


Son günlər gündəmdən düşməyən Təranə Qumral-Nazənin qalmaqalı hələ də sakitləşməyib.

Məsələ o qədər böyüyüb ki, hətta millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov da müğənnilərin efirdəki bu cür qeyri-etik ifadələrinə münasibətsiz qala bilməyib, onları sərt tənqid edib. Məsələ ilə bağlı Dağıstan və Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın münasibətini öyrəndik. Xalq artisti həmin müğənnilərə çox kəskin etirazını bildirib. "Mən Nizami Cəfərovun dedikləri ilə razıyam. Bu çox biabırçı bir şeydi. Ayıbdı, bizim mentalitetimiz, nüfuzumuz yerə düşür, xanımlarımızın adı-sanı tapdalanır... Camaatın ürəyini bulandırırlar: Kim kimin əriynən yatdı, kim kimin ərini əlindən aldı, uşaq kimdəndi?.. Ayıbdı bunları danışmaq. Mən şokdayam. Bir-iki nəfər özünə hörmət eləmiyən reytinq yığmaq üçün bunları edir”. İlhamə Quliyeva bu məsələdə telekanalların da müəyyən qədər günahkar olduğunu dedi. "Telekanallar da görür ki, qonaq əndazədən çıxır, onun səsini kəssinlər, embarqo qoyub efirə buraxmasınlar. Ürəkbulandıran adamları efirə niyə buraxırlar? Bu işdə bir kanal xüsusilə günahkardı. Onlar yalnız belə şeylərnən məşğul olur”.

Tahirə