Çantanız sizi daşıyacaq

Hələlik 800 dollara sifariş vermək olur
Gün boyu ehtiyac duyacağınız bütün əşyalarınızla sizi də daşıyan bir çantaya nə deyərsiniz? ABŞ-lı bir qrup təşəbbüskar Movpak adını verdikləri proyektləriylə tam bu ehtiyaca cavab verməyə hazırlaşırlar.
Ucunda təkərlər bağlanan kürək çantası olan Movpak, elektriklə çalışır. Movpakın sürətinə uzaqdan idarə olunan əmrlə nəzarət edilir. Gedəcəyiniz yerə isə bədəninizlə istiqamət verərək hərəkət edirsiniz. Beləcə yükünüz nə qədər ağır olursa olsun, istədiyiniz yerə yorulmadan gedə bilirsiniz.
Yeni modeldə iki elektrikli mühərriki birdən olan Movpak ilə saatda 32 kilometrlik bir sürət yığmaq mümkündür. Bu da bir velosiped istifadəçisinin ortalama sürətinə Movpakla çatmaq mənasını verir.
Movpakı tamamilə şarj etmək iki saat çəkir. Çantanın üzərində olan USB portu sayəsində, gün ərzində öz telefonunuzu, ya da digər elektron cihazlarınızı Movpaka bağlayaraq şarj edə bilirsiniz. İstehsalı üçün fabrik tapmaqda bir müddət çətinlik çəkən Movpakın yaradıcıları artıq ardıcıl istehsala keçmək üçün günlər sayır. Çində bir fabriklə razılaşma imzalayan şirkət, hazırda ilk sifarişləri 33 faiz endirimlə alır. İstehsalın başlamasıyla 1.200 dollara satılacaq Movpak üçün hələlik 800 dollara sifariş vermək olur.