“Cümhur İttifaqı” qalib gələcək
07:50 29.03.2019
Arxiv
741
Böyük şəhərlərdə bələdiyyə sədrliyini ənənəvi partiyaların qazanacağı gözlənilir
Bazar günü Türkiyədə bələdiyyə seçkisi keçiriləcək. Qardaş ölkədə seçkiyə ciddi hazırlıq gedir və çoxsaylı mitinqlər təşkil edilir. Lakin seçki günü yaxınlaşdığı üçün artıq təbliğat kampaniyası sonlanmaq üzrədir. Məlumdur ki, hakim AKP və müxalif MHP seçkiyə "Cümhur İttifaqı” koalisiyası, CHP, SP, İyi partiyaları isə "Millət İttifaqı” formasında qatılırlar. Paytaxt Ankara və İstanbul da daxil olmaqla Türkiyənin böyük və strateji şəhərləri uğrunda kəskin mübarizə gedir. Prosesləri şərh edən ekspertlər bələdiyyə seçkisinin gərgin keçəcəyini bildirirlər.
Ağ Partiya başqanı Tural Abbaslı "Şərq”ə açıqlamasında deyib ki, şəffaf və demokratik şərtlərdə keçirilən istənilən seçkilər partiyalar və siyasi qurumlar üçün önəmli olur. Çünki seçkilər yeni siyasi qüvvənin hakimiyyətə gəlməsi və ya əvvəlkilərin hakimiyyətdə qalması üçün yeganə hüquqi metoddur:
"Odur ki, belə seçkilərdə bu qədər ajiotaj və aktivlik təbiidir. Həmçinin, nəzərə alsaq ki, Türkiyə Cümhuriyyətində bələdiyyələrin sosial həyatda oynadıqları rol kifayət qədər yüksəkdir və bu da çox önəmli siyasi rıçaq sayılır. Böyük şəhərlərdə bələdiyyələr kimi bir rıçağı əldə etmək digər seçkilərə də birbaşa təsir göstərir. Unutmaq lazım deyil ki, bugünkü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da zamanında İstanbul bələdiyyə sədri postunda təmsil olunub”.
Siyasi qüvvələrin şansına gəldikdə isə partiya sədri bildirib ki, AKP və MHP-nin təşkil etdiyi "Cümhur İttifaqı”, CHP, SP və İP-nin təşkil etdiyi "Millət İttifaqı”na qalib gələrək bələdiyyələrin böyük əksəriyyətini götürəcək. Böyük şəhərlərdəki nizamın o qədər də fərqlənməyəcəyini düşünürəm.
Çünki Türkiyənin böyük şəhərlərində xalq artıq kifayət qədər siyasiləşib və öz seçimlərini dəqiqləşdirib. Ankara və İstanbulda AKP-nin, İzmirdə isə CHP-nin qalib olacağını düşünürəm. Ola bilər ki, İğdır kimi nisbətən kiçik şəhərlərdə dəyişikliklər baş versin. Ümumən isə siyasi tarazlığın dəyişməyəcəyini düşünürəm.
CHP ilə HDP-nin qeyri-rəsmi əməkdaşlığı ana müxalifətin ziyanınadır və səs itkisindən başqa bir şey deyil. Türkiyə cəmiyyətinin böyük əksəriyyəti HDP-ni PKK-nın siyasi qolu hesab edir. Belə olan halda bu siyasi qüvvə kimsəyə dividend qazandıra bilməz. Sonda onu demək istəyirəm ki, nəticənin necə olmasından asılı olmayaraq, hər kəs Türkiyə vətəndaşlarının siyasi iradəsinə və seçiminə hörmətlə yanaşmalıdır. Xalqın seçimi qətiyyən müzakərə edilməz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm