Daha 10 bank bağlanacaq ! - AÇIQLAMA

"Bankların çöküş səbəbləri problemli kreditlərin artmasından əlavə bu bankların kreditləşmə aparmamasıdır"
Bu il bəzi bankların çökəcəyi proqnozlaşdırılan idi”.
Bunu "Sherg.az”a ölkənin bank sektorundakı tənəzzülə münasibət bildirərkən iqtisadçı -ekspert Rəşad Həsənov deyib. 
O bildirib ki, dövlət qurumları bankların ard-arda çökməsi ehtimalını bəyan edirdi:
"Bu gün təxminən 10 bankda risklər var. Ehtimal olunur ki, bu banklar mərhələli şəkildə ləğvetməyə gedə, yaxud birləşdirilə bilər. Çöküşün səbəbi problemli kreditlərin artmasından əlavə bu bankların kreditləşmə aparmamasıdır. Çünki kreditləşmə olmadıqda gəlir səviyyəsi aşağı düşür.
Bankların problemli kreditlərinin artması son nəticədə buna görə, yığımın həcmini də artırır. Beləliklə, bank vəsaitlərinin böyük hissəsi dövriyyədən kənarlaşır.
Düşünürəm ki, bu prosesin sonunda təxmini 10 bank bağlanacaq. Azərbaycanın bank sahəsində konsolidasiya baş verməsi də mümkündür. Çünki bəzi bankların birləşdirilməsi istiqamətində işlər aparılır. İstənilən halda bankların sayı azalacaq”.
Bankların bağlanmasının nəticələrini də izah edən ekspert əlavə edib ki, bu kredit faizlərinə təsirini göstərəcək:
"Rəqabət mühitinin zəifləməsi, təkliflərin azalması mümkündür. Buna baxmayaraq, ölkənin bank sektorunda sağlam banklar formalaşa bilər”.
Qeyd edək ki, bankın göstəricilərinə görə, 30 Sentyabr 2017-ci il tarixinə qeyri-standart kreditlərin cəmi məbləği 53 milyon 823 min manat təşkil edib. Bu, "MuğanBank” ASC-nin müştərilərə verdiyi 334 milyon manat kreditlərin 16.1%-nə bərabərdir.
Bankın 410,4 milyon manatlıq kredit portfelinin (ehtiyatlar daxil) isə təxminən 80 milyon manatının (20%-nin) ödəmə vaxtı keçib.
"MuğanBank”da ödəmə vaxtı keçmiş kreditlər əsasən ticarət və fiziki şəxslərə verilmiş kreditlər üzrədir.
Aysel Aslan