Daha bir azərbaycanlı: Gürcüstanda icra başçısı vəzifəsinə namizədliyi irəli sürülüb
18:06 27.03.2019
Arxiv
511
Gürcüstanda gənclərdən ibarət təşəbbüs qrupu azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsinə Əli Bədirovun namizədliyini irəli sürüb.
"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, təşəbbüs qrupunda azərbaycanlı və gürcü gənclər təmsil olunub.
Ə.Bədirov bildirib ki, təşəbbüs qrupunun qərarı onun üçün gözlənilməz olub: "Qrupun qərarı ilə bağlı rəsmi cavabım olacaq. Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədliyimi mütləq irəli sürəcəyəm”.
Qeyd edək ki, Ə.Bədirov Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi və hüquq elmləri magistridir. O, yerli azərbaycanlıların hüquqi maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.
Marneuli rayonu icra başçısı vəzifəsinə aralıq seçkilər mayın 19-da keçiriləcək. Ə.Bədirovla rayon rəhbəri vəzifəsinə irəli sürülmüş namizədlərin sayı 3-ə çatıb. Bu vəzifəyə digər namizədlər hakim Gürcü Arzusu Partiyasının namizədi Zaur Darğallı və müxalif Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyevdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə